DYP-dən taksilərlə bağlı bilmədiyimiz açıqlama

Taksi taxiBakıda taksilərin avtobus dayanacaqlarını zəbt etməsi ciddi narahatlıq doğurur. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisi bununla bağlı mütəmadi tədbirlər həyata keçirir və qanunların tələblərinin yerinə yetirilməsinə nəzarət mütəmadi olaraq gücləndirilir. Onun sözlərinə görə, yol polisi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ilin göstəricilərində bu istiqamətdə müsbət dinamika müşahidə edilir:

“2016-cı ilin göstəricilərinə nəzər yetirdikdə görünür ki, dayanma-durma ilə bağlı göstəricilərdə müsbətə doğru dinamika müşahidə edilir. Bu göstəricilərin əldə edilməsi yol polisinin mütəmadi həyata keçirdiyi tədbirlərlə əlaqədardır. Bu fəaliyyətin nəticəsində yol qəzalarının, o cümlədən, ölüm və xəsarət faktlarının sayı azalıb. Yol polisinin məqsədli şəkildə həyata keçirdiyi tədbirlərlə yanaşı, təbliğat işlərinin də doğru aparılması bu göstəriciləri əldə etməyə imkan verir”.

Taksilərlə bağlı yeni QADAĞALAR təsdiq edildi

Bölmə rəisi qeyd edib ki, Milli Məclisin payız sessiyasında taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması ilə bağlı cərimə sanksiyalarının tətbiq edilməsi nizam-intizamı daha da artıracaq:

“Bu düzəliş zamanın tələbinə uyğundur və hesab edirəm ki, nizam-intizamın təmin edilməsində müstəsna rolu olacaq".

Bölmə rəisi vurğulayıb ki, yol polisi bu istiqamətdə mütəmadi xidməti həyata keçirir:

“Bakı şəhər üzrə dayanma-durma, parklanma vacib məsələdir və bu sahə üzrə xeyli təbliğat aparılmalıdır. Lakin yalnız yol polisinin tədbirlər həyata keçirməsi kifayət etmir. Hər kəs “Yol hərəkəti haqqında” qanunu öyrənməli, tələbləri yerinə yetirməyi bacarmalı və ən azından öz təhlükəsizliyini təmin etmək vərdişinə yiyənlənməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar