“Trampla Putin arasında telefon danışığına dair razılıq əldə olunmayıb” - Ağ Ev

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığına dair razılıq əldə olunmayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

“Bildiyimə görə, Donald Tramp və Vladimir Putin arasında telefon danışığına dair razılıq hələ ki, əldə olunmayıb”, deyə Ş.Spayser bildirib.

Onun sözlərinə görə, Tramp kəşfiyyat rəsmiləri ilə kiberhücumları da müzakirə etməyib. Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva bu ittihamları rədd edir.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin arasında noyabrın 2016-cı il, noyabrın 14-də telefon danışığı olub. Rusiya lideri prezident seçkilərində qazandığı qələbə münasibətilə həmsöhbətini təbrik edib və seçkiqabağı proqramının həyata keçirilməsində ona uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar