“Dünya yeni tarixi dövrə qədəm qoyur” - Merkel

Dünya yeni bir tarixi dövrə qədəm qoyur.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

“Fikrimcə, Almaniyanın birləşməsi, “soyuq müharibənin” bitməsindən 25 il sonra dünya yeni tarixi dövrə qədəm qoyur. Lakin biz problemlərin həllində qütbləşmə və populizmə arxalanaraq, heç nəyə nail ola bilməyəcək”, deyə A.Merkel.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi 20-ci əsrin dünya quruluşuna son qoyub. “Trampın seçilməsi ilə 20 əsr, nəhayət ki, arxada qaldı”, deyə F-V.Ştaynmayer qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar