Bu gün Maşallah Əhmədova hökm oxunacaq

Keçmiş futbolçu vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.

Zərərçəkənlər isə buna etiraz edib və dəymiş ziyanın tam ödənilməsini istəyib.

Məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra qərar açıqlanacaq.

Qeyd edək ki, prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib.

Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar