Nazir Tovuzda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 27-də Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Olimpiya İdman Kompleksinin inzibati binasında (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 1) 26 yanvar 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar