Hansı bankdan nə qədər dollar almaq olar? – SİYAHI+MƏBLƏĞLƏR
Bu gün dolları satışına limiti götürən bankların sayı artıb. Fins.az-ın araşdırmasına görə, “ASB Bank” dolları limitiz satmağa başladı.
Bundan başqa, “Xalq Bank” uzun zamandan sonra dollar satışını bərpa etdi. Bu bank hal-hazırda 300 dollar satır.
“Unibank” isə satış limitini 3 mindən 10 minədək qaldırdı.
Tam siyahı isə belədir:
N | Kommersiya
bankının adı | ABŞ dolları | Avro |
Satış | Satış | ||
1 | “Accessbank” | 1000 (bəzi filialarda) | 1000 (bəzi filiallarda) |
2 | “AFB Bank” | limitsiz | limitsiz |
3 | “AGBank” | 100 | satılmır |
4 | “Amrahbank” | Kassada varsa | Kassada varsa |
5 | “Atabank” | Kassada varsa | Kassada varsa |
6 | “Azərbaycan Beynəlxalq Bankı” | Kassada varsa | Kassada varsa |
7 | “Azərbaycan Sənaye Bankı” | limitsiz | limitsiz |
8 | “Azər-Türk Bank” | 10000 | 10000 |
9 | “Bank Avrasiya” | Kassada varsa | Kassada varsa |
10 | “Bank of Baku” | 500 | 500 |
11 | “Bank BTB” | limitsiz | limitsiz |
12 | “Bank Silk Vey” | limitsiz | limitsiz |
13 | “Bank Pespublika” | 5000 | 5000 |
14 | “Caspian Development Bank” | Kassada varsa | Kassada varsa |
15 | “Expressbank” | 1000 | 1000 |
16 | “Günaybank” | 1000 | 1000 |
17 | “Xalq Bank” | 300 | 300 |
18 | “Kapital Bank” | 5000 | 5000 |
19 | “Muğanbank” | satılmır | satılmır |
20 | “NBC Bank” | limitsiz | limitsiz |
21 | “Nikoyl Bank” | Kassada varsa | Kassada varsa |
22 | Pakistan Milli Bankının Bakı filialı | satılmır | satılmır |
23 | “Turanbank” | 1000 | 1000 dollar ekvivalentində |
24 | “Unibank” | 10000 | 10000 dollar ekvivalentində |
25 | “Yapı Kredi Bank” | satılmır | satılmır |
26 | “Ziraat Bank (Azərbaycan)” | satılmır | satılmır |
27 | “Rabitəbank” | limitsiz | limitsiz |
28 | İran Milli Bankının Bakı filialı | limitsiz | 500 |
29 | “Dəmirbank” | 500 | 500 dollar ekvivalentidə |
30 | “Naxçıvanbank” Bakı filialı | satılmır | satılmır |
31 | VTB Bank Azərbaycan | 5000 | 5000 dollar ekvivalentində |
32 | Paşa Bank | satılmır | satılmır |
1 | “Azərpoçt” | Kassada varsa | Kassada varsa |
Banklar “qara bazar”ı sıxışdırır
Azərbaycanın kommersiya banklarında Dolların alış qiymətilə satış qiyməti arasında fərq azalır.
"Marja"nın məlumatına görə, bu gün bir sıra banklar 1 Dolları 1.86-1.88 manat səviyyələrində almağa başlayıblar. Bu qiymətlər “qara bazar”ın alış qiymətlərilə eynidir. Bankların yüksək alış qiymətləri “qara bazar”ın əhalidən dollar almasını məhdudlaşdırır.
Bu gün KapitalBank 1 dolları 1,88 manata, Azərbaycan Sənaye Bankı 1.87 manata, Unibank 1.87 manata, Bank BTB 1.86 manata, Bank of Baku 1.86 manata, AtaBank 1.86 manata, CDBBank 1.86 manata alırlar.
Banklarda Dolların satış qiymətləri isə 1.89-1.93 manat arasında dəyişir.
Banklarda dollar və avronun alış-satış qiymətləri
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.