Bu nazirliyin apardığı yoxlamalar min dəfə azalıb

“İslahatlar ili kimi tarixə düşən 2016-cı ildə özəl bölmənin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2017-ci il tarixinə qədər sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır”.

Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd edilib ki, verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib. 2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.

Kollegiya iclasında özəl bölmədə həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 mln. manata yaxın kredit verilib. Verilən vəsaitin 63,1%-i qaytarılan vəsaitlər hesabına həyata keçirilib. Güzəştli kreditlərdən istifadə etməklə sahibkarların investisiya layihələrinin reallaşdırılması 8100-dən çox yeni iş yerinın açılmasına imkan yaradır. İndiyədək isə 32,7 minə yaxın sahibkarın ümumi investisiya dəyəri 4 mlrd. manat olan investisya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manatadək güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 mln. manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.

İclasda sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.

Kollegiya iclasında bildirilib ki, indiyədək sahibkarlara investisiya dəyəri 1 mlrd. manatdan çox olan layihələr üzrə 91 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 262 təsdiqedici sənəd verilib. 8 iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 1,1%-i Bakı şəhərinin, 37,4%-i Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5%-i isə digər şəhər və rayonların payına düşür. Bu layihələrin 38,5%-i kənd təsərrüfatı, 61,5%-i isə sənaye sahələrini əhatə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar