Moldova Dnestryanıda separatçılara qarşı döyüşən azərbaycanlını ordenlə təltif edib

Moldova hökuməti Dnestryanı münaqişəsi zamanı rəsmi Kişinyov tərəfində döyüşən azərbaycanlı Qafur Süleymanovu ölümündən sonra dövlət ordeni ilə təltif edib.APA-nın məlumatına görə, Q. Süleymanovun yaxınlarına dövlət ordenini Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka təqdim edib.

Q. Süleymanovun 1990-cı ildə Moldovan Daxili İşlər Nazirliyində çalışdığını deyən səfir onun 1992-cı ildə könüllü olaraq Moldova ordusu sıralarına qoşulduğunu bildirib. O, Q. Süleymanovun döyüşlərdə şücaət göstərdiyini deyərək onun iki dəfə əsir düşdüyünü qeyd edib: "Qafur Süleymanovun ordenlə təltif edilməsi əməkdaşlığımız və dostluğumuzun əyani sübutudur. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək".

Qeyd edək ki, Q. Süleymanov 2004-cü ildə Bakıda vəfat edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar