UNEC-in rektoruna böhtan atdılar - Sifarişçi kimdir?

Faktinfo.az adlı saytda 13 yanvar 2013-cü il tarixdə getmiş “Nurlana Əliyeva niyə hədəf seçilib - O, maneədir, məqsəddir, yoxsa?..” başlıqlı yazıda İqtisad Universitetinin rektoru professor Ədalət Muradov haqqında böhtan xarakterli ifadələr işlədilib.

Məqalədə deyilir: “Təhsil üzrə ekspert Etibar Əliyev fikrini belə tamamlayır: “Azərbaycan Dövlət Neft Akademiyası və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Dövlət İqtisad Universitetinə təyin edilən rektorlar ciddi islahatlar aparır. Bununla da universitetlərinin nüfuzunu yüksəldir. Bu fikirdə paradoks isə ondan ibarətdir ki, cəmiyyətdə inandırmağı bacaran, şüurlarda tipik şərq qadını obrazını yeniləyən N.Əliyeva qəbul olunmur, belə demək mümkündürsə adı bir müddət əvvəl 620 min manatlıq rüşvət qalmaqalında hallanan Dövlət İqtisad Universitetinin rektoru yenilikçi adlandırılır, belə bir şəxs N.Əliyevaya nümunə göstərilir.”

Göründüyü kimi məqalə müəllifi, faktinfo.az saytının baş redaktoru Fuad İsgəndərov Ədalət Muradovun işgüzar nüfuzuna ziyan vuran ifadələr işlətməklə ona böhtan atır. Məqalədə Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın göylərə qaldırılması, bu yazının elə xanım rektorun sifarişi ilə yazıldığını ehtimal etməyə əsas verir. 

M. Hüseynov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar