Çin Rusiya ilə sərhəd bölgəsinə qitələrarası raketlər yerləşdirib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Rusiya ilə sərhəd bölgəsi sayılan şimal-şərqi Xeyluntszyan əyalətində öz istehsalı olan daha mükəmməl qitələrarası ballistik DF-41 raketləri yerləşdirib.

Xəbəri «Global Times» qəzeti yayıb.

Nəşrin yazdığına görə, ən yeni raket komplekslərinin fotoşəkilləri bu ərəfədə internetin Çin seqmentində dərc olunub.

«Dərc olunmuş məlumata görə, fotoşəkillər Xeyluntszyan əyalətində çəkilib. Hərbi ekspertlər əmindirlər ki, bu, böyük ehtimalla, DF- 41 raketlərinin ikinci strateji briqadasıdır və Çinin şimal-şərqində yerləşdirilib» - deyə, qəzet qeyd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar