"Qazprom" TAP-a qoşula bilər

Rusiyanın "Qazprom" şirkəti Avropaya qaz nəqli üçün "Poseidon" və Trans-Adriatik qaz (TAP) kəmərlərindən istifadə imkanlarını araşdırır. "APA-Economics" xəbər verir ki, bunu "Qazprom" şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev bildirib.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.

"Poseidon" İonik dənizinin dibi ilə keçir və Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən ITGI kəmərinin bir hissəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar