YOL POLİSİ SÜRÜCÜNÜ AĞLADIB, VİDEOSUNU ÇƏKDİ - Sonra da sevgilisinə göndərdi...

Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub.

Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırmalar başlayıb: "Araşdırmanın nəticəsində həmin əməkdaş layiq olduğu cəzanı alacaq. Onun barəsində ciddi intizam tədbiri görüləcək. Videoda onun adı Elvin gedir. Yol Patrul Alayının qərargahından onların kim olduqları artıq müəyyənləşir. Onunla bağlı da xidməti araşdırmalara başlanılıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar