"Azadlıq"ın redaktoru Avropadan sığınacaq istəməyib

Müxalif "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Avropa ölkələrindən birindən sığınacaq istədiyi haqqında məlumatları təkzib edib.

Hacıyevin Turan-a verdiyi məlumata görə, o, jurnalist tədbirində iştirak etmək üçün Fransaya gedib. "Siyasi sığınacaq almaq üçün müraciət məsələsi qətiyyən həqiqətə uyğun deyil", deyə redaktor bildirib.

Qeyd edək ki, Hacıyevin sığınacaq istədiyi haqqında məlumat bu gün Azərbaycanın bir neçə hökumətyönlü saytında yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar