ABŞ Avropaya «Apashe» zərbə vertolyotları göndərəcək

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, fevralın ortalarında Amerika Birləşmiş Ştatları (ABŞ) Avropaya 20 ədəd AN-64 Apashe markalı zərbə vertolyotları göndərəcək.

ABŞ ordusunun saytı xəbər verir ki, ABŞ ordusunun 501-ci aviasiya alayının 1-ci taboru («Dəmir drakon») artıq Korpus-Kristidəki silah və texnika saxlanan bazaya göndərilib.

Vertolyotlar qismən modernləşdiriləcək və gəmi ilə daşınmaya hazırlanacaq.

Qeyd olunur ki, bu tabor ABŞ ordusu quru qüvvələrinin («Atlantic Resolve») əməliyyatlarına dəstək vermək üçün yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar