NATO Ukraynanı sıralarına qəbul etmək istəmir!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna yaxın illərdə NATO üzvü ola bilməyəcək, çünki Şimali Atlantika Alyanısı dövlətləri bu ölkənin sözügedən təşkilata birləşməsi üçün heç bir əsas görmürlər. Bu barədə çərşənbə axşamı Brüsseldəki məlumatlı hərbi mənbəyə istinadla, «İzvestiya» qəzeti yazıb.

Mənbənin sözlərinə görə, NATO-da çalışırlar ki, bu məsələni tez-tez qabartmasınlar və hələlik «konsensusun olmaması» səbəbilə, bu ideyanın irəli aparılmasından imtina olunub. Brüsseldəki mənbə onu da qeyd edib ki, NATO anlaya bilmir ki, Kiyev alyansın digər üzvlərinin təhlükəsizliyini necə gücləndirə bilər?

Vaşinqtonun ekspert dairələrində bəyan ediblər ki, Ukraynanın alyansa daxil olması məsələsi, NATO-ya üzvlük məsələsi ətrafında vahid fikrin olmaması səbəbindən, müzakirə olunmur.

«Demək çətindir - yaxın 10-20 ildə siyasət aləmində hansı irəliləyişlər olacaq? Mümkündür ki, Ukrayna NATO üzvü olmaq istədiyini bəyan etsin. Ancaq hadisələrin bu cür gedişi az ehtimal olunandır» - deyə, Vaşinqtondakı CSİS Tədqiqat institutunun Avropa proqramının direktoru, ABŞ Dövlət Departamenti mətbuat xidmətinin eks-başçısı, NATO-nun eks-Baş katibinin mətbuat xidməti rəhbərinin müavini Cefferi Ratke bəyan edib.

Alyansın mətbuat xidmətində isə öz növbəsində qeyd ediblər ki, hazırkı anda Kiyev üçün başlıca prioritet modernləşmə və islahatlar olmalıdır. «Ukrayna üzvlük üçün sifariş verməyib. Əgər Ukayna bunu etmək qərarına gəlsə, biz onun alyansa qoşulmaq üçün hazırlığını qiymətləndirəcəyik - ixtiyari namizədlə olduğu kimi… Alyansa üzvlük barədə qərar NATO üzvü olan 28 dövlətin şəxsi işidir» - deyə, təşkilatdan bildiriblər.

Yanvarın 23-də Fransanın sabiq Baş naziri, ölkə prezidentliyinə namizəd Fransua Fiyon bəyan edib ki, Avropa İttifaqı və NATO Ukraynanın yeri deyil. O, eyni zamanda, Ukraynanın Şimali Atlantika Alyansına qəbul olunması çağırışları edən siyasətçiləri «məsuliyyətsiz» adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar