BAKIDA BİR GECƏYƏ SÖKÜLƏN OTELİN SİRRİ AÇILDI! – 10 milyon təklif edən “elçiləri” qovdu və... (ŞOK)

Qəzəbə gələn sahibkar Şahmar Mövsümovun qayınatası, Nazim İbrahimovun əmisi oğludur!

Bizə verilən məlumata görə, “Araz” oteli və digər obyektləri sökülməzdən 2 gün öncə Novruzəli İbrahimovla görüş olub. Ona təklif olunub ki, 10 milyon manat kompensasiyanı götürsün və 10 gün ərzində ərazini təhvil versin. Bu təklifi eşidən Novruzəli İbrahimov əsəblərini cilovlaya bilməyib və elçiləri təhqir edərək qovub. Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Həqiqətən də şəhərin belə prestijli rayonunda üstündə 4 mərtəbəli otel və bir neçə obyektin olduğu ərazi üçün 10 milyon manat həddən artıq kiçik rəqəmdir. Bu ərazinin real dəyəri, çox böyük ehtimalla, azı 35-40 milyon manat təşkil edə bilər.

Lakin N.İbrahimov bəzi reallıqları nəzərə almadığından, necə deyərlər, çox istəyərkən azdan da olub – “Araz” otel və digər obyektlərin dərhal sökülməsi barədə göstəriş verilib. Sahibkara əvvəl təklif olunan 10 milyonluq kompensasiyanın verilməsi də sual altına düşüb.

N.İbrahimova yaxın mənbə onun “qanunsuzluğa qarşı” dirənmək, hətta lazım gələrsə Avropa Məhkəməsinədək getmək niyyətində olduğunu bildirib.

Ancaq çox güman ki, Novruzəli İbrahimovun reallıqla barışmaqdan başqa çarəsi olmayacaq. Müqavimət göstərməyin nə ilə nəticələnə biləcəyini elə öz yaxınları – Şahmar Mövsümov, Nazim İbrahimov və başqaları ona izah edəcəklər…

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar