Cəmil Həsənli bu gün Mingəçevir və Xətai seçiciləri ilə görüşəcək

Milli Şuranın vahid namizədinin Şəkidəki görüşünə isə icazə verilməyib

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli bu gün Mingəçevir şəhərində və Bakının Xətai rayonunda seçicilərlə görüşü olacaq. Bu barədə məlumatı “Azadlıq”a AXCP sədrinin müavini Gözəl Bayramlı verib. Onun sözlərinə görə, Mingəçevirdəki görüş, Azər Niftəliyev adına klubda, saat 12.00-da, Xətaidəki görüş isə saat 18.00-da Bakı kinoteatrında keçirələcək.

Cəmil Həsənlinin Şəki seçicilərilə görüşünə isə icazə verilməyib. Bunu AXCP sədrinin müşaviri Sahib Kərimov deyib. O, bildirib ki, Cəmil Həsənlinin seçicilərlə görüşü oktyabrın 2-nə planlaşdırılıbmış. Lakin icra hakimiyyətindən bildiriblər ki, həmin gün eyni saatda prezidentliyə başqa bir namizəd - Zahid Orucun seçicilərlə görüşü olacaq. “Bu sadəcə Cəmil bəyin görüşünü pozmaq üçün düşünülüb. Hakimiyyət narahatdır, ona görə də Cəmil Həsənlinin görüşlərinə problem yaradılır”, - deyə Sahib Kərimov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar