“ORDA EVLƏR SULUTƏPƏDƏN UCUZDUR” - Karlovı Varıda evi olan deputat

adil-aliyevAzərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması ilə bağlı iddialara münasibət bildirib.

A.Əliyev "Report"a açıqlamasında deyib ki, Karlovı Varıda evlər Bakının Sulutəpə qəsəbəsindəki evlərdən ucuzdur: "Həmin şəhərdə evim var. Burada qeyri-adi nə var ki?! Orada evlər kifayət qədər ucuzdur. Hər kəs oradan ev ala bilər".

Qeyd edək ki, Rusiya mediasında Çexiyanın kurort şəhərciyi Karlovı Varıda azərbaycanlı bəzi deputatlara və məmurlara məxsus evlərin olduğu barədə məlumatlar yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar