Pərviz Həşimlinin həbsi Dünya Miyatoviçi dəhşətə gətirib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Myatoviç jurnalist Pərviz Həşimlinin 8 il müddətinə həbs olunması ilə bağlı narahatlığını bildirib.“Mən bu məhkəmə qərarından dəhşətə gəldim və hakimiyyəti media təmsilçilərini susdurmaq üçün onları həbsxanaya atmağı dayandırmağa çağırıram”, - o bildirib.

“Hazırda Azərbaycanda 10-dan çox media üzvü həbsxanadadır, ya məhkum olunub, ya da məhkəməsini gözləyir. Bu, mənim ofisim yaradılandan bu ölkədə müşahidə edilən ən böyük rəqəmdir. Bu narahatedici cərəyan araşdırıcı jurnalistikanı çəkindirir, hədə və qorxu mühiti yaradır”, - Mijatović vurğulayıb.

Bu yaxınlarda Azərbaycanda həbs olunan jurnalistlərdən Azadxeber.org informasiya saytının redaktoru Nicat Əliyev narkotik maddə saxlamaq da daxil olmaqla müxtəlif ittihamlarla 10 il müddətinə həbs olunub;

“P.S. Нота” qəzetinin redaktoru Sərdar Əlibəyli xuliqanlıqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib;

Müstəqil bloger Rəşad Ramazanov qanunsuz narkotik maddə saxlamaqda və satışında təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib;

Onlayn fəalları, blogerlər Əbdul Əbilov və Ömər Məmmədov narkotik maddə saxlamaqda və satışında ittiham olunublar.

“Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunub.

D.Miyatoviç “Azadlıq” radiosunun müxbiri Xədicə İsmayılovaya təzyiqlərin davam etdiyini qeyd edib.

Nəhayət, dünən Bakıda fransalı jurnalistlər, Premieres Lignes teleşirkətinin əməkdaşları Loran Rişar və Emmanuel Bakın saxlanması barədə xəbər daxil olub. Onların qeydləri götürülüb və onları ölkəni tərk etməyə məcbur ediblər. Rişar və Bak Fransa prezidenti Fransua Ollandın Bakı səfərini işıqlandırıblar, həmçinin ölkə iqtisadiyyatı və insan hüquqlarının vəziyyətinə dair reportaj hazırlayıblar

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar