Meksika prezidenti ABŞ-a səfər etməkdən imtina edib

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Enrike Penya Nyeto “Twitter” səhifəsində bildirib.

Advertising 11

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib: “Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.

“Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin”, -deyə Tramp daha sonra bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar