ZİYAFƏT ƏSGƏROVDAN ŞOK AÇIQLAMA - "Azərbaycan böhrandan çıxa bildi"

"Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi". "Report"un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən "İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktik konfransda deyib.

O bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsində, möhkəmləndirilməsində gömrük orqanlarının əməyi böyükdür: "Gömrük sistemində təhlükəsizlik məsələsi çox mühümdür. Azərbaycanda bu sahədə xeyli işlər görülüb".

Maraqlıdır, böhran necə başa çatıb ki, dolların məzənnəsi hər gün qalxır, qiymətlər hər gün bahalaşır. 100 minlərlə insan dollar kreditini verə bilmədiyi üçün əmlaklarını itirmək təhlükəsilə üzləşib. Bank sistemi çöküb. Minlərlə insan iş yerini itirib, ixtisarlar davam etdirilir. Bağlanan biznes obyektlərinin sayı gündən-günə artır və sair.

Yəqin ki, Ziyafət Əsgərovun bu açıqlaması ölkə rəhbərliyi üçün də yenilik olacaq. Hökumətdəkilərin də bu "tapıntıdan" şoka düşəcəyinə şübhə etmirik. Hər kəs böhranın təsirlərindən danışdığı, bu təsiri necə azaltmağın yolları barədə fikirlər irəli sürdüyü bir vaxtda, Ziyafət Əsgərovun Azərbaycanın böhrandan çıxdığını elan etməsini məntiqlə izah etmək çətindir. Ola bilsin, Ziyafət müəllimin özünün vəziyyəti yaxşılaşıb. 

Onun gömrük orqanlarına təriflər yağdırmasının isə yəqin ki, ÖZƏL səbəbləri var.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar