DOLLAR YENİ REKORD VURDU - Qarşıdakı üç günün məzənnəsi (YENİLƏNİB)

dollar-manat-merkezi-bank-kredit-2Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,9165 səviyyəsində müəyyən olunub.

* * *

27 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan daxil olmuş məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1, 9165 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün USD/AZN məzənnəsi 1.9068 manat səviyyəsindədir.

* * *

Mərkəzi Bankda bu həftənin son valyuta hərracına start verilib. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün hərraca 25 milyon dollar çıxarılıb.

Xatırladaq ki, son hərracda ABŞ valyutasının məzənnəsi 1.9052 manat müəyyən olunmuşdu. Hərraca çıarılan vəsaitin tələblər xeyli az olması həftəsonu dolların yenidən bahalaşacığını proqlaşdırmağa əsas verir.

Tələb ödənilməsə dollar 2 manatı keçəcək

Son valyuta hərraclarında bankların dollara tələbatı ödənilmədiyi üçün manat ucuzlaşmaqda davam edir. Hazırda banklarda və “qara bazar”da dolların alışı 1.92-1.93 manat, satışı isə 1.96-1.97 manat səviyyəsindədir. Bu gün keçiriləcək valyuta hərracının nəticəsindən aslı olaraq dollar gözlənilən 2 manatlıq psixoloji həddi keçə bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov fins.az-a bildirib ki, növbəti 2-3 valyuta hərracında dollara olan tələbat ödənilməzsə və ucuzlaşma hazırki dinamika ilə davam edərsə, dolların məzənnəsi 2 manatlıq psixoloji həddi keçiləcək. Proses belə davam edərsə, manatın kəskin ucuzlaşması baş verəcək. Bu zaman “qara bazar”da da kəskin ucuzlaşma hiss ediləcək. Ümumilikdə 2017-ci il ərzində manatın məzənnəsi 2.2-2.5 manat səviyyəsində formalaşacaq.

Əks proses baş verərsə, yəni valyuta hərracına tələbə uyğun həcmdə dollar çıxarılarsa, bu zaman manatın qısa müddətdə 3-5% möhkəmlənmə ehtimalı var. Belə ki, dollarlaşma prosesi çərçivəsində hazırda xeyli dollar kütləsi yığılıb. Manatın psixoloji həddi keçməməsi dollarla bağlı bazarda təklifi artıracaq.

Ekspert hesab edir ki, Neft Fondunun Mərkəzi Banka bu il üçün hesablanan transferləri valyuta hərracına kifayət qədər dollar çıxarmağa imkan verir. Bunu nəzərə alaraq demək olar ki, valyuta bazarına tələbə uyğun dollar çıxarılmaqla manat psixoloji həddi keçməyə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar