«BELƏ AĞ YALANLARLA ÖLKƏNİ BÖHRANDAN...» - Qubad İbadoğlundan vitse-spikerə cavab

“Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi”.

trend_ziyafet_askarov_241212

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda deyib.

"AzPolitika.info" xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində Ziyafət Əsgərovun fikirlərinə bu cür münasibət bildirib:

"Azərbaycan böhrandan çıxa bildi?

Belə bitmiş fikir Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovə məxsusdur. O qeyd edib ki, "dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi". Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz. Böhranın çıxış nöqtəsi durumu daha real dəyərləndirməkdən başlayır. Çünki, gerçək vəziyyəti təhrif etmək böhrana qarşı mübarizənin effektini aşağı salır.

Qubad İbadoglu

Rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ÜDM-i 5,4 faiz azalıb, milli iqtisadiyyat isə 3,8 faiz kiçilib. Azərbaycan MDB məkaınında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub və həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb.

Ötən il ilkin məlumatlara görə dünyada qlobal artım isə orta hesabla 3,2 faiz, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üzrə orta hesabla 4,1 faiz olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar