Şərqi Avropada NATO-nun səkkizinci komanda mərkəzi açıldı

nato2AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yanvarın 26-da Slovakiyanın paytaxtı Bratislava şəhərində NATO-nun Şərqi Avropada sayca səkkizinci komanda mərkəzi açılıb. Xəbəri Slovakiyanın Müdafiə Nazirliyinə (SMN) istinadla «İzvestiya» qəzeti yayıb.

«Qərargahda fəaliyyətə başlamış şəxsi heyətin sayı 41 nəfər təşkil edir. Onların 21 nəfəri slovakiyalı hərbçilərdir, 20 nəfəri isə NATO üzvü olan digər ölkələrdəndir. Açılan qərargah tam gücü ilə fəaliyyətə 2017-ci il iyunun 1-dən etibarən başlayacaq. Qərargahın komandiri vəzifəsinə Slovakiyalı polkovnik Yozef Zekutsi təyin olunub» - deyə, qəzet SMN-dən sitat gətirir.

NATO-nun mətbuat xidmətinin nümayəndəsi İrina Novakova isə öz növbəsində, «İzvestiya»ya təsdiqləyib ki, slovakiyalı ekspertlər ABŞ, Çexiya, Polşa, Rumıniya, Macarıstan və Almaniyadan olan hərbçilərlə əməkdaşlıq edəcəklər.

«Komanda məntəqələri NATO qüvvələrinin yerləşdirilməsini asanlaşdıracaq. Bu qüvvələrin sayı son illər 3 dəfə artaraq, 13 min nəfərdən 40 min nəfərə yüksəlib. Onların tərkibinə quru, hərbi-dəniz, hərbi-hava və xüsusi təyinatlı güclər daxildir. Tərkibi 20 min hərbi qulluqçudan ibarət olan "Yüksək döyüş qabiliyyətli birləşmiş operativ qruplaşma" da bu qüvvələrin ayrılmaz hissəsidir. Bu qüvvələr böhranlı situsiyalara bir neçə gün ərzində reaksiya vermək bacarığına malikdir. NATO qüvvələrinin komplektləşdirilməsi «rotasiya prinsipi» əsasında həyata keçirilir» - deyə, alyansın mətbuat xidməti qeyd edir.

Hal-hazırda belə məntəqələr Slovakiyanın, Macarıstanın, Polşanın, Bolqarıstanın, Rumıniyanın, Litvanın, Latviyanın və Estoniyanın ərazisində fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar