«Pentaqon NATO çərçivəsində öhdəliklərini yerinə yetirəcək» - ABŞ-ın müdafiə naziri

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n müdafiə naziri Ceyms Mettis Fransa və Almaniyadan olan həmkarları Jan İv Le Drian və Ursula fon der Lyaynne ilə telefon danışığı zamanı bəyan edib ki, ABŞ NATO-nun əhəmiyyətini anlayır və blok üzrə müttəfiqləri qarşısında öhdəliklərini yerinə yetirəcək.

Müdafiə idarəsinin nümayəndəsi Ceff Devis xəbər verib ki, Mettis Fransalı həmkarı ilə söhbət zamanı «NATO blokunun «əhəmiyyətini və «İŞİD»-ə qarşı əməliyyatları müzakirə edib və hər ikisinə görə, nazir Le Driana təşəkkürünü bildirib».

Almaniyalı həmkarı ilə söhbət zamanı tərəflər «ABŞ və Almaniya arasında ittifaqın həm ikitərəfli formatdakı, həm də NATO çərçivəsindəki əhəmiyyəti məsələlərini müzakirə ediblər».

Mettis «ABŞ-ın NATO qarşısında öhdəliklərinin dəyişməz qaldığına almaniyalı naziri əmin edib».

İsrailin müdafiə naziri Aviqdor Libermanla baş tutmuş telefon söhbəti zamanı Mettis «İsrailin təhlükəsizliyinin təmin olunması sahəsində ABŞ-n öhdəliklərinin sarsılmaz olduğunu» bir daha təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar