MOSKVA PEKİNİN KİÇİK TƏRƏFDAŞI ROLUNDA – Sərhəddəki ballistik raketlər nə üçün təhlükə deyil?

Rusiya prezidentinin mətbuat katibindən Çinin Rusiya ilə sərhəd Heylunçzyan əyalətində “Dongfeng-41” qitələrarası ballistik raket yerləşdirməsinin şərh edilməsi xahiş olunub. Dmitri Peskov deyib ki, Çin Rusiyanın strateji müttəfiqi, siyasi, ticarət-iqtisadi tərəfdaşıdır. Onun sözlərinə görə, Moskva Pekinlə əlaqələrinə yüksək qiymət verir və Çindəki hərbi tikintini Rusiya üçün təhlükə kimi qəbul etmir.

- Çinlilər üçün istisna

Növbəti gün rəsmi Pekin Rusiya sərhədi yaxınlığında raketlərin yerləşdirilməsi barəsində məlumatları təkzib edib. Amma hər necə olsa da, Rusiya prezidenti mətbuat katibinin sözü kart-blanş kimi səsləndi. Yəni, Rusiyanın ali baş komandanı Çinin öz silahlı qüvvələrini möhkəmləndirməsi istiqamətində istənilən yolu tutmasına razıdır. Onu da qeyd etmək lazımdır ki, Moskva ilə münasibətlərdə Pekin rejimi daha təmkinlidir.

Xatırlayırsınızsa, 1996-cı ildə NATO–nun baş katibi Xavyer Solana ilk dəfə idi ki, Moskvaya gəlmişdi. Rəsmi görüşləri və müsahibələri zamanı o, dəfələrlə təkrarlayırdı ki, alyans Rusiyaya təhlükə deyil və onu özünə təhlükə də görmür. Lakin onun bu bəyanatlarına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi bildirirdi: “Təşəkkür edirik, amma hərbçilər və diplomatlar deklarasiyaya yox, faktlara əsaslanırlar. Əgər alyansın hərbi infrastrukturu bizim ölkənin sərhədlərinə yaxınlaşırsa, onda biz buna problem kimi baxmaq məcburiyyətindəyik. Deklarasiyanı yenidən yazmaq olar, lakin faktlar inadkar məfhumdur”.

O dövrdən indiyədək heç nə dəyişməyib. Onda və elə indinin özündə də, Rusiya hərbçilərinin həmin sözləri nüvə silahına malik böyük ölkənin ümumi və aydın təhlükəsizlik siyasəti konsepsiyası olaraq qalır. Amma bu konsepsiyanın zəif bir tərəfi var - Çinin istisna təşkil etməsi. Doxsanıncı illərin ikinci yarısından sonra Yevgeni Primakov “Moskva-Dehli-Pekin strateji oxu” ideyasını irəli sürdüyü dövrdən başlayaraq, Çindəki diktatura və onun hərbi ambisiyaları barəsində ya yaxşı sözlər danışılır və ya da ki, heç nə danışılımır.

Dmitri Peskov bir neçə söz söyləməklə bu siyasəti daha da irəli sürüşdürdü. Belə çıxır ki, NATO öz üzvləri olan Baltik ölkələrinə üç batalyon gödərdikdə bu Rusiyanın mövcudluğuna ölümcül təhlükədir. İndi Kremlpərəst KİV-lər və generallar, diplomatlar durmadan bu haqda danışırlar. Amma Rusiyanın şərq sərhədləri yanında Çinin ballistik raketlərinin yerləşdirilməsi isə boş şeydir və bir neçə sözdən başqa heç bir diqqətə layiq məsələ deyil.

- Nə üçün Kreml NATO-nu təhlükə hesab edir?

Belə görünə bilər ki, bu “deklarasiya oxumaq yox, faktları analız etmək lazımdır” düsturuna tamamilə ziddir. Əgər Almaniya bundesverinin batalyonu Litvadadırsa - bu narahatçılığa əsas verir. Həm də Almaniya ərazisindəki ballistik raketlər otuz ildən artıq müddətdə SSRİ-də strateji və birbaşa təhlükə sayılıb. Rusiya milli maraqlarından yanaşsaq, NATO qüvvələrinin onun sərhədi yaxınlığında dayanmasının yaratdığı narahatlıq başa düşüləndir. Əgər biz ümumi fokusu siyasi rejimin maraqları səviyyəsinə qədər azaltsaq, onda burada qəribə bir şey yoxdur.

Doxsanıncı illərdən başlayaraq, Kreml düşünür ki, Qərb ona siyasi təhlükə təşkil edir. Kremlin yanaşmasına görə, NATO düşməndir və düşmən olaraq da qalmalıdır. Ona görə ki, əgər bunun əksi qəbul olunarsa, onda Rusiya hakimiyyətinin legitimlik əsasları dağılar. Legitimlik isə Sovet imperiya nostalgiyası, revanşizm, anti-Qərb aqressiyası və ən əsası isə anti–amerikançılıq üzərində qurulur.

Bu ideologiya çərçivəsində Çin müttəfiq kimi qəbul olunur, məhz ona görə ki, orada diktaturadır, NATO isə düşməndir, çünki ora da demokratiyanın ittifaqıdır. Belə bir ideoloji sxemdən imtina edilməsi Rusiyadakı indiki siyasi sistemin demontajına gətirib çıxara bilər.

- Pekinlə birlikdə ABŞ-a qarşı

Rusiyanın dövlət tərəfindən nəzarət edilən “NTV” televiziya kanalı Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığındakı Çin raketləri barəsində məlumatında Asiya KİV-lərinə və oradakı sitatlara istinad edərək, raketin foto şəkillərini ABŞ prezidenti Donlad Trampın inauqurasiya mərasimi ilə bağlayır və deyilir ki, o, əvvələr Çin barəsində təxribatçı bəyanatlar verib. Yəni, çox qəribədir, Çin raketləri Rusiya ilə yaxınlıqda yerləşdirilib, ancaq bunun günahkarı Trampdır.

Əslində yeni Amerika prezidenti yumşaq söyləsək, Çinin pərəstişkarı deyil və Kremlin Pekinlə dostluğu nə onun özündə, nə də ki, onun komandasında isti hislər yaratmır. Təkcə bunun özü, Putin və Tramp əlaqələrinin gələcəyinə kölgə salır. Milyarder prezidenti Rusiyadakı vətəndaş azadlığı və insan haqları maraqlandırmır. Əgər hər şeyi öz adı ilə çağırsaq, onda Pekinin kiçik tərəfdaşı rolunda çıxış edən Moskvanın mövqeyi, artıq birinci il deyil ki, Vaşinqtonu narahat edir. Bütün bunlar Tramp zamanı tamamilə konkret və Moskva üçün xoş olmayan forma ala bilər.

Axı, ABŞ diplomatları və hərbçiləri də deklarasiyalara yox, faktlara inanırlar.

(“Deutsche Welle” - Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar