Nemət Pənahlının həyatı təhlükədədir

Həbsxanada məhbus siyasətçini ölümlə hədələyərək, ondan ərizə almaq istəyirlər

Milli-azadlıq hərəkatının öncüllərindən olan, hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan Nemət Pənahlının həyatına təhlükə var. Onu ölümlə hədələyərək, əfv ərizəsi yazmağa məcbur edirlər.

Bu barədə “Azadlıq”a məhbus siyasətçinin qardaşı Səməd Pənahlı məlumat verib. O, qardaşının yanına bir nəfər xüsusi adamın salındığını bildirib: “Həmin adam Nemətə açıq deyib ki, yaşamaq istəyirsənsə, əfv ərizəsi yaz, çıx get. Yazmasan, burdan sağ çıxmayacaqsan. Yəni, hansısa üsulla təşkil edib burdan sağ çıxmağa qoymayacaqlar. Nemətə əvvəllər də belə müraciətlər olub, amma o, reaksiya vermirdi. Amma indi açıq-aşkar söyləyirlər. Onu bilərəkdən təxribata çəkirlər. Nemət bu xəbəri iki gün əvvəl bizə telefonla verəndə, elə söhbət vaxtı danışığı kəsdilər”.

Səməd Pənahlı bütün səlahiyyətli orqanlara bu haqda məktub göndərdiyini, bazar ertəsi isə Penitensar Xidmətə müraciət edəcəyini bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar