Cəmil Həsənli Mingəçevirdə görüş keçirir - (FOTOLAR)

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçicilərlə görüşləri çərçivəsində bu gün Mingəçevirə gedib. Səfərdə onu Müsavat başqanı İsa Qəmbər, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Nurəddin Məmmədli, eləcə də seçki qərargahının bir neçə üzvü müşaiyyət edir.

“Azadlıq” qəzetinin məlumatına görə, Mingəçevirdə Cəmil Həsənlini Milli Şuraya daxil olan partiyaların yerli təşkilatlarının təmsilçiləri qarşılayıb. Seçicilər Milli Şura namizədi ilə görüşə böyük maraq göstərirlər. Cəmil Həsənlinin bura gəlişi şəhər sakinləri arasında rəğbətlə qarşılanıb.

Cəmil Həsənlinin Mingəçevir seçiciləri ilə görüşü Azər Niftəliyev adına klubda - təxminən 500 nəfərlik zalda keçirilir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar