MƏNSİMOVUN TRAMPLA FOTOŞOPU - Milyarderdən şok saxtakarlıq

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampla görüşünü əks etdirən məlumat və fotolar saxta çıxıb. Bu barədə həmin məlumat və fotoların yayıldığı "Qafqazinfo" saytı xəbər verir.

Saytın yazdığına görə, sözügedən xəbər və fotolar sayta “Palmali”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu tərəfindən göndərilib. Xəbər sayta yerləşdirildikdən sonra məlum olub ki, təqdim olunan fotolardan ikisi fotoşopla hazırlanıb və Trampla Mənsimov “yan-yana gətirilib”.

Sözügedən fotolar müzakirələrə səbəb olub, bu saxtakarlıq sosial şəbəkələrdə pislənilib. Məsələ ilə bağlı sayt şirkətə müraciət edib, ordan həmin fotoların orijinal olduğu iddia olunub. Lakin “Qafqazinfo” fotonun haqlı olaraq etirazla qarşılandığını nəzərə alıb və onu saytdan silib. Sayt "Palmali" şirkətinin rəhbərliyini məsuliyyətli olmağa çağırıb və oxucularından üzr istəyib.

Sözügedən saxta fotoları təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar