Cəmil Həsənlinin plakatlarına qarşı “soyqırım”

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat plakatlarının cırılması ilə bağlı seçki qərargahına çoxsaylı məlumatlar daxil olur.

Bu xəbər Turan-a namizədin seçki qərargahından verilib. Qərargah təmsilçiləri belə hallarla demək olar ki, hər gün qarşılaşdıqlarını bildirirlər. Amma sentyabrın 27-də səhər tezdən C.Həsənlinin plakatlarının ölkə boyunca, həm də kütləvi şəkildə yoxa çıxması və ya cırılması müşahidə olunub. Sıradan çıxarılmış təşviqat materiallarını əvəzləməyə başlayan seçki qərargahı bu barədə Mərkəzə Seçki Komissiyası qarşısında məsələ qaldıracağını nəzərə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar