DOLLAR REKORDUNU TƏZƏLƏDİ - Yeni məzənnə

7064689-3d-rendered-arrow-diagram-moving-up-over-dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,92 səviyyəsində müəyyən olunub.

* * *

31 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.

“Marja” xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1,9165 manat səviyyəsindədir. Bahalaşma təxminən 0,2% səviyyəsindədir. Bundan əvvəlki hərraclarda bahalaşma 1-2% civarında olurdu.

* * *

Mərkəzi Bank bu gün yanvarın 31-də növbəti valyuta hərracına start verib.

Qeyri-rəsmi məlumata görə, bu gün hərraca 35 milyon dollar çıxarılıb.

Xatırladaq ki, bundan öncəki hərracda cəmi 25 milyon dollar çıxarılmışdı.

Eyni zamanda Mərkəzi Bank bu həftə hərracların sayını da azaldıb. Bundan sonra valyuta hərracları həftədə 2 dəfə keçiriləcək.  /fins.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar