“Ermənistan torpaqları hissə-hissə qaytarmağa razıdır”

“Nalbandyan Qarabağı Azərbaycana hissə-hissə verməyə razıdır." AzPolitika.info-nun məlumatına görə, bu haqda Ermənistanın “Lragir” nəşri xəbər verir. Məlumata görə, Ermənistanın XİN başçısı Eduard Nalbandyan bu sözləri ATƏT-in Minsk Qrupunun həmsədri ilə birgə verdiyi bəyanat zamanı deyib. Onun sözlərinə görə, ATƏT-in gözdən keçirdiyi Qarabağla bağlı təklifə nəzər salıb və orada yeni heç nə yoxdur. Bundan əlavə Nalbandyan bildirib ki, onlar Qarabağ probleminin həlli ilə bağlı irəli sürülən təkliflərlə razıdır, sadəcə həmin təkliflər Azərbaycan razılaşmadağı üçün reallaşmır.

Qeyd edək ki, sözügedən təkliflərdə işğal altında olan torpaqların Azərbaycana hissə-hissə qaytarılması nəzərdə tutulur. Nalbandyan isə iddia edir ki, Ermənistan bununla razıdır.

Erməni nəşri bildiri ki, iki gün öncə Serj Sarkisyan da Nalbandyan kimi bildirib ki, ATƏT-in nəzərdə tutduğu təklifdə yeni heç nə yoxdur. Lakin yaranmış vəziyyət həqiqətən də Ermənistan üçün yenidir. Belə ki, Ermənistan bu gün ona görə yeni vəziyyətə düşüb ki, məhz Dağlıq Qarabağ probleminə görə Rusiyanın vassalına çevrilib, eyni zamanda suverenliyini artıq çoxdan itirmək üzrədir. Məhz Rusiyaya görə Ermənistan üçün önəmli olan bir çox xeyirli təkliflərdən imtina etmək məcburiyyətində qaldı. Lakin bu gün də Ermənistan öz pozisiyasını və xüsusən də Dağlıq Qarabağı güzəştə getməsi də Ermənistanın öz ixtiyarı ilə atılan addım deyil.

Yəni Ermənistan rəhbərliyi öz uğursuz xarici siyasəti ilə ölkəni uçuruma sürükləyib. İndi ya Azərbaycan torpaqlarını öz xoşu ilə verməlidir, ya da müharibəni başlamalıdır.

Erməni nəşri iddia edir ki, əgər müharibə başlayarsa, Ermənistan müdafisiz qalacaq. Çünki Rusiya da, Qərb də öz maraqlarına görə Ermənistanın məğlubiyyətini istəyir.

"Ermənistan üçün Rusiya faktoru böyük əhəmiyyət kəsb edir. Moskvanın atdığı addımlara nəzər yetirəndə Rusiyanın Ermənistanı bir dövlət kimi ləğv etmək niyyətində olduğunu görürürk. Yeri gəlmişkən, bu yaxınlarda Nalbandyan Moskva səfərlərinin birində keçirdiyi görüşdə ona deyilmişdi ki, yeni təbliğat kampaniyasına start verilməlidir. Böyük ehtimalla bu elə ATƏT-in təklif etdiyi həll proqramı ilə bağlı təbliğat kampaniyasıdır.

Əgər Nalbandyan tamamilə başqa bir variantı səsləndirsəydi, onu dövlətə xəyanət üstündə günahlandırmaq olardı. Burada çox sayda cavabsız suallar yaranır", deyə erməni nəşri Nalbandyanın apardığı xarici siyasəti şərh edir. Nəşr bildirir ki, əgər heç bir yenilik yoxdursa, nə üçün hərbi komandanlıq hər qarış torpağa görə müharibə edəcəkləri haqqında bəyanat verdi? Bu adi bir haldır. Əlbəttə, əgər Ermənistan XİN-i torpaqları Azərbaycana qaytarmaq variantını seçərsə, Ermənistanın hərbi komandanlığı müharibəyə qalxmalıdır. Çünki Ermənistan XİN-i ilə hərbi komandanlığı tamam fərqli strukturlardır. Lakin müharibə çox ağır başa gələcək Ermənistana. Həmin an Moskvanın İrəvandakı agenturası öz fəaliyyətinə başlayacaq. Rusiya isə o dəqiqə Ermənistana atəşi dayandırmaq üçün əmr edəcək. Ona görə də bu cür şəraitdə erməni ordusunun kapitulyasiyası qaçılmazdır - erməni qəzeti belə yazır.

Ülkər Musazadə

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar