«LEDİ QAQAYA 1 MİLYON DOLLAR ÖDƏNİLMİŞDİ» - Azad Rəhimov

Bu il "Formula 1" azarkeşlərini əyləndirmək üçün Bakıya dünyaca məşhur ulduz gələcək.

azad_rahimovyujjjjjjBunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib. Nazir xatırladıb ki, Bakıda keçirilən ilk Qran Pridə həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu: “Bu il ola bilsin, əyləncə hissəsi ötən ilki səviyyədə olmasın. Dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararına gəlincə, nazir qeyd edib ki, rəqəmlər heç kim üçün sirr deyil: “Bu sahədə olan mütəxəssislərə məlumdur ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Kimi 30-50 min, kimi 300 min dollar qarşılığında çıxış edir.

Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonanar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötən ilki hasardan istifadə olunacaq. Ümumilikdə daha az maliyyə xərclənəcək”. (azvision)

Redaksiyadan: Xatırladaq ki, I Avropa Oyunları zamanı Ledi Qaqanın 2 milyon dollar aldığı barədə yayılan məlumatlara Azad Rəhimov münasibət bildirmişdi. Nazir: Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Belə görünür ki, Azad Rəhimov müqavilənin şərtini yerinə yetirmir və dövlətin kommersiya sirrini açmış olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar