Rəsul Quliyev Novruz Məmmədova sərt cavab verdi- "Xanış səviyyəli bu adam..."

"Mənim haqqımda böhtan fikirlər irəli sürən şəxsin ağıldan kəm olduğunu bilirdim... üzərimə nə vaxtsa belə cılız adamların hucuma keçəcəyi heç vaxt ağlıma gəlməzdi"

"Fransız dili tərcümanının prezidentin xarici siyasət idarəsinin başçısı olması tarixdə görünməmiş hadisədir"

Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerikanın Azərbaycandakı səfirinin "Azadlıq Radiosu"na müsahibəsini şərh edib. Bu zaman N. Məmmədov Rəsul Quliyevin də bostanına daş atmağı unutmayıb və eks-spikeri Azərbaycandakı korrupsiyanın banisi adlanıdırıb: "Azərbaycanda korrupsiyanın əsasını Rəsul Quliyev qoyub. Ancaq bu gün Rəsul Quliyev ABŞ-da yaşayır və himayə olunur".

Novruz Məmmədovun ittihamına eks-spikerin cavabı özünün çox gözlətməyib və Rəsul Quliyev Moderator.az-a göndərdiyi yazılı açıqlamasında PA rəsmisini ağır ifadələrlə ittiham edib: "Mənim əqidəmə görə yalan danışmaq, başqalarına böhtan atmaq ən böyük şərəfsizlikdir.Şərəfsizliyin səviyyəsi yaş artdıqca dəyişir. Məsələn 15 yaşlı uşağın yalan danışmasını bağışlamaq olarsa 25 yaşlı gənci kəskin tənbeh etmək lazımdır.40 yaşlı insanların başqası haqqında böhtan xarakterli yalanı nəinki ifşa olunmalıdır ,həmdə cinayətə cəlb etmək lazımdır. 50 yaşdan sonra yalan danışanlar cəmiyyətin tör töküntüsü adı ilə damğalanmalıdır. 70 yaşına yaxınlaşanların yalan dnışması onun bütün ömrünü ən böyük şərəfsizliklərlə yaşadığını sübut edir.Mənim haqqımda böhtan fikirlər irəli sürən şəxsin ağıldan kəm olduğunu bilirdim. Bir neçə dəfə Azərbaycanın xarici siyasəti ilə əlaqədar elə əcaib fikirlər söyləmişdi ki, bu Xanış səviyəli adamın necə gelib o vəzifəyə çatması təəccüb doğurmaya bilməzdi.

Son açıqlaması bu insanın heç vaxt formalaşmayacağına, həyatını elə belə başa vuracağına heç bir şübhə qoymadı.

Onun əcaib açıqlamasının bazası Əlcəzair və Gvineyada tərcüməçi işlədiyi dövrdən başlayır. Korrupsiya və rüşvətin tək Azərbaycanda yox, hər yerdə, o cümlədən ABŞ və Qərb ölkələrində olduğunu qeyd etməkdən böyük əbləhlik ola bilməz. Görsənir ki, Gvineya və Əlcəzair korrupsiya –rüşvəti ilə Qərb ölkələri arasında korrupsiya və rüşvəti səhv salıb.

Bu adam Amerikada da rüşvətin olduğunu qeyd edir və bu cinayətə görə konqresmenlərin həbs olunduğunu deyir. Hansı ağıl sahibi belə bir analiz verə bilər. ABŞ-da 600-ə yaxın konqresmen var (senatorlarla birlikdə) 5 ilə onlardan biri bu cinayətdə suçlana bilər.Yəni ildə 0.2 adam. Təkcə Azərbaycanın Prezident Aparatında 100-lərlə adam rüşvət alır və heç vaxt heç biri həbs olunmaqdan qorxmur, çünki həbs edilməyəcəklərinə əmindirlər. Bizim "qəhrəman"ımızın özünün krışavat etdiyi, dolyada olduğu obyektlərdən ildə ən azı 30 milyon dollar almasının təmiz korrupsiya olduğunu görəsən anlayırmı? Azərbaycanın əcaib idarəçilik metodları hesabına fransız dili tərcümanının gəlib prezidentin xarici siyasət idarəsinin başçısı olması tarixdə görünməmiş hadisədir.

Tək onun yox, bütün Azərbaycan inzibatı orqanlarının dəlili -sübutu olmadan məni korrupsioner adlandırması şər və böhtanı 67 yaşlı bir ağsaqqal adama yaraşarmı? Korrupsiya və rüşvət bataqlığında çabalayırsan çabala, ancaq utan heç olmasa, belə ucadan bağırma. İstəyirsinizsə krışavat etdiyiniz obyektlərin siyahısını verək,kimdən nə vaxt nə qədər rüşvət aldığını bəyan edək, bəlkə onda xəcalət çəkib absolyut təmiz adamlara böhtan atmayasınız, cənab xarici siyasətimizin öndəri.

Bu adam anlamır ki, Azərbaycanda korrupsiya və rüşvət totallaşdırılıb. Qərbdə olan korrupsiya və rüşvətlə müqayisədə yüz dəfələrlə yuxarıdır. Bu bir nömrəli xarici siyasətçimiz beynəlxalq təşkilatların hesabatlarını oxumursa bəs hansı işlə məşğul olur? Bu adam bilimir ki, korrupsiya və rüşvətlə mübarizə adı altında onlar müəllim , kiçik rütbəli polis işçisi və sairləri həbs etməklə mübarizə fonu yaradırlar. Bu insan Abşeron yarımadasına bir səyyahətə çıxsın, öz mülklərindən başlayıb bu gün hökümətdə işləyənlərin hamısının mülklərini nəzərdən keçirsin və izah etsin maksimum ildə 30 min dollar maaşla bu insanlar necə qiymətləri milyon dollarlar olan bu evləri tikiblər və ağzın yumsun. 1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsində ürəkdən çalışan, 1994-1995-ci ildə onun hakimiyyətinin möhkəmlənməsində əsas fiquralardan biri olan mənim üzərimə nə vaxtsa belə cılız adamların hucuma keçəcəyi heç vaxt ağlıma gəlməzdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar