RUSİYA QIRICILARI ERMƏNİSTAN SƏMALARINDA – Təlim, yoxsa təzyiq?  - VİDEO

Ermənistanın Erebuni bazasındakı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin təlim keçdiyi bildirilir.

"AzPolitika"nın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsindən yayılan açıqlamada MİQ-29 təyyarələrinin təlimlərə başladığı bildirilir.

Təlim çərçivəsində döyüş təyyarələri müxtəlif tapşırıqlar yerinə yetirir.

Qeyd edək ki, Erebuni hərbi bazası 1995-ci ildə fəaliyyətə başlayıb. Bazada MİQ-29 qırıcıları və Mİ-24P və Mİ-8MT helikopterləri mövcuddur.

Təlimlərin son günlər Azərbaycanla Ermənistan arasında yaşanan gərginliklə eyni vaxta təsadüf etməsi diqqət çəkir.

Erebuni bazası İrəvanın 7 kilometr cənubunda və Türkiyə sərhədindən 25 kilometr məsafədə yerləşir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar