“AMERİKA ƏSRİ” KEÇMİŞDƏ QALDI! – Bəs, indi nə olacaq?

Картинки по запросу Tramp Amerika

Donald Tramp hesab edir ki, ABŞ dünya jandarmı olmamalıdır. Bəs, onda hal-hazırda dünyada əmələ gəlmiş vakkumu kim doldurmalıdır? Rusiya artıq nəhəng dövlət deyil, Çin də həmçinin. Avropa isə NATO-nun dəstəyi olmadan hər hansı mühüm rol oynaya bilməz.

Düz yüz il bundan öncə ABŞ Avropadakı böyük müharibəyə qoşuldu. Sonradan bu hadisə tarixə Birinci Dünya Müharibəsi kimi daxil oldu. Amma müharibə başlamamışdan bir neçə ay öncə konqresə seçkilər zamanı müharibədə iştirakın əleyhdarları qalib gəlmişdi. Prezident Vudro Vilson söz vermişdi ki, ABŞ-ı Avropadakı “ət maşınına” soxmayacaq. Lakin o, tezliklə öz vədini Flandriyadan tutmuş Dardanelə kimi yayılmış geniş döyüş meydanlarında Antantaya kömək etmək üçün pozdu. Konqresin hər iki palatasına təntənəli surətdə sülh proqramı kimi təqdim edilən məşhur “14 bənd”lə Vilson müharibəyə bəraət qazandıraraq, öz ölkəsini tezliklə qələbə gətirən, amma böyük əhatə dairəsinə görə uzunmüddətli perspektivdə yenidən və yenidən uğursuzluğa düçar olununan qlobal missiyaya yolladı.

- NATO və Marşal planı

“İmperial Overstretch” - “imperiya dartılması” bütün imperiyaların xəstəliyidir və gec və ya tez bu xəstəlik Birləşmiş Ştatları da yaxalayacaq. İlk dəfə belə bir hal ABŞ senatının Millətlər Cəmiyyətinə daxil olmaq əleyhinə səs vediyi zaman baş verib. Bu isə öz növbəsində avropalıları “köhnə şeytanlar”la təkbə-tək burxmaq demək idi.

1945-ci ildən sonrakı vəziyyət başqa cür olub: ABŞ Qərbi Avropanı “ölüm çarlığı”ndan çıxarıb, Şimali Atlantika Alyansını quraraq, Marşal Planı çərçivəsində özünün praktik idealizmiylə indi “Qərb” adlandırılan məkanı yaradıb. Yetmiş il bundan qabaq “Pax Americana”nın məğzini təsdiq edən xilasedici qərarlar verilib. Hazırda bütün bunlar öz əhəmiyyətini və sülhyaradıcı gücünü itirir və təəssüf ki, xoşbəxtlikdən bədbəxtliyə keçid başlayıb. Hərçənd ki, əksər amerikalılar ondan qorxurlar, amma Donald Tramp həmin keçidin müqəddəs sayılmayan peyğəmbərinə dönüb.

- Çox möhtərəm ABŞ konstitutsiyası

Bütün əsr boyunca ABŞ Avropa qitəsinin taleyini müəyyənləşdirərək, əksər hallarda vəziyyətə aktiv şəkildə müdaxilələr edib. Bu müdaxilələr həm hər iki dünya müharibəsində və həm də ki, soyuq müharibə dövründə baş verib. Və bəzi hallarda birinci və ikinci dünya müharibələri arasındakı kimi özünü təcrid halları da yaşanıb.

Lakin çoxlarının uzun müddət dəyərləndirə bilmədiyi prezident Trampın seçki kampaniyası zamanı irəli sürdüyü kimi, Amerikanın dünyadan bu cür qəribə qaçışı çox davam edə bilməz. Çünki bu addımlar açıq şəkildə Amerika kimi nəhəng dövlətin iqtisadi və strateji instiktinin ziddinədir.

Hələlik ABŞ–ın möhtərəm konstitusiyası fəaliyyətdədir və ona görə də daxili əlaqələrin parçalanması və daxili bağların zəifləməsi bərpa olunan məsələdir, Amerika özünü tənqid xüsusiyyətini saxlamaqdadır. Yaxşıya doğru gediləcəyinə ümidlər qalmaqdadır.

- Dünyanın bir nömrəli hərbi gücü

Amerikanın bir dünya nəhəngi kimi, özünə bütün dünyadan təcrid olunma kimi təhlükəli cəhdi deyil, daha çox başqa şeyləri rəva görə biləcəyini anlaması və bundan düzgün nəticə çıxarması üçün illər və hətta on illər keçə bilər. Ortada balans və hegemoniya durur. ABŞ prezidentinin yaxşı və ya pis olması önəmli deyil, amma o yaranmış vəziyyətə sadəcə olaraq göz yuma bilməz və həmçinin də o özünü, guya Amerikanın taleyinin hansısa digər ulduzda həll olunduğu kimi aprmamalıdır.

ABŞ əvvəlki kimi dünyanın bir nömrəli hərbi gücüdür. Bu göstərici iqtisadiyyata da aiddir. Amerika dünyanın yeganə super dövlətidir, artıq Sovet İttifaqı kimi Rusiya super dövlət deyil, Çin isə hələ super dövlət səviyyəsinə çatmayıb. Avropa ən azından daxili və xarici təhlükəsizlik nöqteyi-nəzərindən əvvəlkitək ABŞ-ın hesabına yaşayır.

Dünya nəhənginin “qismən məşğul olduğu işlər” və vaxtından əvvəl “istirahətə çəkilməsi” ola bilməz. Ona görə ki, təbiət və siyasətdə vakkum yoxdur. Donald Trampın aləmində hər şey sövdələşmələrdən ibarətdir. Lakin istər köhnə və ya istərsə də yeni super dövlətlərdə işlər bu cür yürümür.

Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) Niderlandın ÜDM səviyyəsindədir və bu tamamilə neftin qiymətindən asılıldır. Amma iş ondadır ki, Rusiya özünü super dövlət hesab edərək, buna müvafiq addımlar atır. Onun devizi belədir: “Yeni qaydalar olmalıdır və ya da heç bir qayda olmamalıdır”.

Vladimir Putin peşəkar məxfi agentdir və sentimentallıq xüsusiyyətinə meyilli deyil. O, Ağ Evdəki adama yeni postdakı vəziyyəti yaxından mənimsəməsi və buna alışması üçün yüz gün keçməsi imkanını verməyəcək.

Trampın seçki mübarizəsinin gedişində söylədikləri təmtəraqlı bəyanatlar, uzunmüddətli perspektivdə həqiqətlərlə toqquşmalara tab gətirməyəcək. Guya ki, Tramp kimi uğurlu işbazın sözləri Avropa və onun ətrafındakı dərin münaqişlərə müdaxilə etmək və onları həll etmək üçün kifayətdirmi?

- Özünütəcrid hələ Obamanın vaxtında başlamışdı

Amerika Trampla və ya onsuz - Avropa dövləti olaraq qalacaq. Amma yeni administrasiya özü üçün bu həqiqəti nə qədər gec anlayarsa, onda bunun ən yüksək hesabını da ödəmək məcburiyyətində qalacaq. Suriya ətrafındakı amansız oyunlardan və Yaxın Şərqdə qurtarmaq bilməyən müharibələrdən yorulan ABŞ-ı bilavasitə Barak Obama qoruyub. Ancaq Putinin nə vaxtsa Ukraynanı özünə götürməsi və ya bəlkə də Qərbə verməsinin perspektivi böyük nikbinlik tələb edir.

Nə vaxtsa Çin uzun müddət ərzində özünü istər avropalı müstəmləkəçilərdən, istərsə də Rusiya, Yaponiya və Amerikadan təcrid etmiş şəkildə mövcud olub. Sonradan dünyaya açılmış Çin indi böyük mənəvi, hərbi və iqtisadi iddialara malikdir. Çinlilər superdövlət olmaq istəyirlər. Fakt ondan ibarətdir ki, onlar beton və poladların köməyi ilə Cənubi-Çin dənizində öz ərazi suları saydıqları yerlərdə bir sıra süni adalar salıblar. Yəqin ki, bütün bunlar Sakit okean regionunda Amerika ilə uzun sürəcək münaqişənin yalnız başlanğıcı olacaq.

- Avropanı vahid edən nədir?

Burada söhbət imtina edilməyəcək və danışıqlar predmeti ola bilməyəcək faktorlardan gedir. Bunlar azad dənizlər, təsir sferası və nüvə təminatıdır. Belə ki, ABŞ vaxtilə Uzaq Şərqdəki yerləri Yaponiyanın ixtiyarına vermişdi. Analoji olaraq Avropanın NATO-nun ixtiyarına verildiyi kimi. Elə ona görə də Tokioda Tramp barədə nələrin düşünülməsini təsəvvür etmək çətin deyil.

Gələk Avropaya. NATO olmadan, ən əsası isə “qurudakı amerikalı çəkmələri” olmadan Köhnə Dünyanın təhlükəsizliyindən danışmaq əbəsdir. Əgər kimsə hesab edirsə ki, avropalılar NATO-nun birliyi üçün dağıdıcı olan “Tramp effekti”nin öhdəsindən gələ biləcəklər, onlar dərindən yanılırlar. Çünki bu cür fikirlər kifayət qədər çox səslənib, ancaq praktik heç bir şey edilməyib. Trampın apardığı siyasət ortaya Qərbin birliyinin taleyini qoyub - əvvəl NATO-nun, sonra isə Avropa Birliyinin.

(Die Welt-Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar