"Vasif Məhərrəmlinin harınlaması normaldır"

O, jurnalistin 50 minlik tələbini qəbul etdi

Şuşanın işğalı günü pulla məclisə getməyə razılıq verdiyi Axar.az saytının əməkdaşı Tural Qurbanlını küçə söyüşləri ilə təhqir edən müğənni Vasif Məhərrəmli məsələyə aydınlıq gətirib.

Müğənni jurnalistə “Bazar səhəri” verilişində efir vasitəsilə cavab verib. Həmin gün baş verən hadisəni bir-bir açıqlayan Məhərrəmli bunları bildirib:

“Gül bayramı münasibətilə bölgələrimizdən birində konsertdən qayıdırdım. Yolda mənə zəng olundu. Yarı yuxulu vəziyyətdə telefona cavab verdim. Telefondakı şəxs mənə axşam yubileyinin olduğunu və yarım saata nə qədər qiymətə gələ biləcəyimi soruşdu. Mən qiyməti söyləyən kimi telefonu bağladı.

Məsələnin nə yerdə olduğunu həmin saniyə anladım, amma artıq gec idi. Yenidən ona hər iki nömrəmdən zəng vuranda telefonuma cavab vermədi. Bu zaman işçimin telefonu ilə onunla əlaqə saxladım.

O iki zəngimə cavab verməməsi məni çox qəzəbləndirdi. Mən də emosiyalarıma sahib ola bilməyib, onu söydüm. Bu gün də peşman deyiləm. Məni məhkəməyə verəcəyini deyib. Versin Nə cərimə tutacaqlarsa, tutsunlar.”

Əsəblərini cilovlaya bilməyən Vasif, and-aman edir ki, zəng edərkən üzrxahlıq edəcəkdi.

Jurnalist Tural Qurbanlının da müğənniyə cavabı gecikməyib:

“Vasif Məhərrəmlinin peşman olmamasına təəcüblənmədim. Yarım saat oxumağına görə 2500 manat pul qazanan və bu puldan bir qəpik də olsun vergi ödəməyən birisnin harınlaması normaldır. Öz açıqlamasında cəriməni ödməyə hazıram deməsi də onu göstərir ki, onun pulu çoxdur və tərbiyəsizliyinin üstünü pul ilə örtməyə həmişə hazırdır. Məhz onun bu tərbiyəsizliyini nəzərə alıb ondan 3-5 min deyil, 50 min manat tələb etmişəm. Bu cərminə ödəyəndən sonra, yəqin ki, gələn dəfə jurnalistlərlə tərbiyəli davranacaq”, - deyə Tural Qurbanlı əlavə edib /Publika.az/.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar