MÜFLİS OLAN BANKLARI BU DƏFƏ İNZİBATÇILAR TALADI! - Azərbaycanda ŞOK

Banklara təyin olunan inzibatçılar müştərilərin əmlaklarını sataraq pulunu mənimsəyib, saxta imzalarla banklardan pul çıxarıblar

shadow-banking2

Əmanətlərin Sığortalanması Fondu ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar etmişdir.

Ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq etmişlər.

1486534623Fonddan daxil olan məlumata görə, həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməmiş və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəltmiş, bununla da həmin müştəriləri pis vəziyyətdə qoymuş, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirmiş, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarmış və bununla da banklara külli miqdarda zərər vurmuşlar.

Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanmış və ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar