DOLLARDA ŞOK UCUZLAŞMA! - Hərracın nəticəsi açıqlandı

dollar-2Bu gün fevralın 9-da Mərkəzi Bank növbəti valyuta hərracı keçirib.  

Hərracda manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşmışdır.

Bu gün rəsmi USD/AZN məzənnəsi 1.8252 manat səviyyəsində açıqlanıb.Beləliklə, Manat hərracda 5,2% bahalaşıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın (AMB) təşkil etdiyi valyuta hərraclarına 2017-ci il ərzində mütəmadi olaraq orta hesabla 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxaracaq.

Report-un məlumatına görə, ARDNF tərəfindən il ərzində büdcəyə köçürülməsi nəzərdə tutulan 6,1 mlrd. manat vəsaitin orta illik məzənnəsi 1,75 AZN/USD səviyyəsində nəzərə alınmaqla 3,5 mlrd. dolların satışa çıxarılacağı gözlənilir. Bu da hərraclara aylıq 290 mln. dollara yaxın vəsaitin təklif ediləcəyi deməkdir. Ayda 8 hərracın baş tutacağı diqqətə alınarsa, bu, hər hərraca təxminən 35-36 mln. dollar vəsaitin çıxarılacağını göstərir. Belə ki, hazırda ARDNF-in hərraca çıxardığı vəsait də məhz bu qədərdir.

Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,65 AZN/USD səviyyəsində qədər gerilədikdən sonra təxminən 1,75 AZN/USD-də sabitləşəcəyi ehtimal edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar