"FƏRƏCOV XAHİŞ ETDİ Kİ, ƏMİOĞLUNU BAĞIŞLA..." - Abıyevdən həbsdəki reketlə bağlı maraqlı açıqlama

"O vaxtı məndən dayanmadan şər-böhtan yazılar yazırdı. Məqsədi nə idi? Kim idi onun qəzetini oxuyan? İndi içəridə mələyir! Şantajla, böhtanla video-çəkilişlər aparırdı. Tələbə qızları müəyyən adamlarla görüşdürürdü, sonra da onları bir yerdə çəkib şantaj edirdi. Bu cür adamlar “jurnalist” adı ilə cəmiyyətdə meydan oxumaq istəyirdi. Həmin adamlara qarşı sərt tədbir görülməsi vacibdir". Bu fikirləri “Ölkə.Az”-a müsahibəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev səsləndirib.

Əhəd Abıyev reketliklə məşğul olan “jurnalistlər”in arxasında məmurların dayandığını bildirib: "Akademik Ramiz Mehdiyev öz çıxışında dedi ki, iqtidarda olan bəzi məmurlar “reket” fəaliyyətlə məşğul olan jurnalistlərə şərait yaradırlar, vəzifəli şəxslər onlara pul göndərir və sairə. Problemin kökü bununla bağlıdır. Məmur niyə görə onlara pul verməlidir? Ramiz müəllim doğru söyləyir də!"

"Reket” fəaliyyətdə ittiham olunaraq həbsə alınan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun himayə etdiyinə işarə vurub: "Bəli, onlar da vaxtı ilə “reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim olub. İndi öz cəzalarını çəkirlər. Hətta, məhkəmədə də onları udmuşam. Sonra Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki icra başçısı olan Zakir Fərəcova demişdi. Zakir müəllim də məndən xahiş etdi ki, əmioğlu Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim, yerlimdir. Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!"

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar