CƏMİL HƏSƏNLİ XƏTAİDƏ ÇOŞQU İLƏ QARŞILANDI- Fotolar

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bu gün Mingəçevirdə seçicilərlə görüşdən sonra Bakıya qayıdıb və dərhal Xətai rayonunda gənclərlə görüşüb. Görüş Bakı kinoteatrında keçirilib.

Əməkdaşımız hadisə yerindən xəbər verir ki, kinoteatr seçicilərlə dolub. Görüşə gələnlər zala sığmayib. Polis zaldan kənarda qalanları ərazidən uzaqlaşdırmaqla məşğul olub. Zala oturacaqların sayından artıq insanın daxil olmasına mane olmağa çalışıblar. Bununla belə görüşə gələnlərin ardı kəsilməyib.

Görüşə gələnlər yerbəyer olan kimi içəridə təxribatçıların olduğu üzə çıxıb. Bir nəfər yerdən qalxaraq Milli Şura və onun namizədi Cəmil Həsənlinin əleyhinə nəsə danışıb. Zal onun sözünü "Cəmil bəy!" şüarları qışqıraraq kəsib və o, zalı tərk etməli olub. Sonradan bəlli olub ki, həmin adam 138 saylı məktəbin direktor müavinidir. Musavat.com-un məlumatına görə, sonradan görüşə gələn coxlu sayda insan polis i tərəfindən heç bir səbəb göstərilmədən zala buraxılmayıb.

Görüş barədə ətraflı məlumat verəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar