Ukrayna: ABŞ-ın həyati vacib maraqlar zonasıdırmı? - ANALİTİKA

ABŞ-ın “The National İnterest” jurnalı Ukrayna böhranı ilə bağlı maraqlı analitik məqalə dərc edib. Müəllifi Barri Rozen olan məqalədə Ukraynanın ABŞ üçün əhəmiyyəti təhlil olunub. Azpolitika.info “Ukrayna: ABŞ-ın həyati vacib maraqlar zonasıdırmı?” adlı məqalənin tərcüməsini təqdim edir:

Ukrayna haqqındakı debatların intensivliyi belə bir təsəvvür yaradır ki, Krımın Rusiyaya birləşdirilməsi və Şərqi Ukraynaya edilən müdaxilə Qərbin strateji maraqlarına ciddi təhlükə törədir. Amma əslində isə ABŞ və onun müttəfiqlərinin Ukraynada maraqları azdır və ABŞ-ın keçmişdə və hal-hazırda yürütdüyü siyasət bizim real maraqlarımızın ziddinədir.

Nə vaxtsa xarici məsələlər üzrə ekspertlər “həyati vacib maraqlar” barəsində danışırdılar. İndi bu termindən çox nadir hallarda istifadə edilir. Səbəb isə ”həyati vacib” və “maraqlar” sözləri arasında dəqiq qaydanın olmaması ilə izah edilir. Xarici siyasət məsələlərini araşdıranlar söyləyirlər ki, maraqlar - onun uğrunda öz əsgərlərini müharibəyə və ölümə göndərmək deməkdir. Bu hesabla ABŞ siyasətinin ən döyüşkən nümayəndələri də amerkanların Ukraynada həyati vacib məsələsinin olmaması fikri ilə razılaşırlar.

Bəs əğər həyati vacib maraqlar mövcud olsa idi, o necə görünərdi? Həyati vacib maraqlar əlbəttə ki, istənilən hər hansı bir ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə birbaşa təsir etmək deməkdir. İndi ən pis halda bütün Ukrayna Rusiya qarşısında “yıxılarsa” da, bu ABŞ təhlükəsizliyinə demək olar ki, heç bir təsir göstərməyəcək. Rusiya nə zamansa güclü olan SSRİ kimi bir ölkə deyil. Onun Ümumi Daxili Məhsulu Amerikanınkından dəfələrlə aşağıdır. Ümumi mənzərəyə nüvə silahlarını çıxmaq şərti ilə yanaşsaq, Rusiyanın əlindəki hərbi güc Avrasiyanın iri dövlətlərini zəbt etməkdən ötrü xeyli azdır. Krımı tutmaq, Ukraynanın şərq vilayətlərini və hətta bütün Ukraynanı işğal etmək, şəraiti dəyişmək üçün yetərli sayılmır. Əslində Ukraynanın hərbi cəhətdən zəbt olunması Rusiyaya hədsiz dərəcədə baha başa gələ bilər. Həm də nəzərə alaq ki, rusların qərbi Ukrayna istiqamətində irəliləməsı, onların vuruşmaq istəyən miliyyətçilərlə üzləşmələri ilə nəticələnəcək. Qərbə tərəf hücüm edən rus ordusu öz arxasında “beşinci kalon” ilə də qarşılaşacaq. Hərdən həyati vacib maraqları coğrafi vəziyyət də yaradır. Əgər Ukrayna Meksikanın yerində olsa idi, Birləşmiş Ştatlar onları Rusiyadan və yaxud istənilən digər ölkədən qorumaq marağında olardı. Ukrayna Rusiya üçün həmin qeyd etdiyimiz Meksikadır. Rusiyanın Ukraynadakı maraqları NATO alyansınınkından daha çoxdur və elə ona görə də zəif sanksyalar çətin ki, rusları yollarından döndərməyə məcbur etsin. Ruslar öz sərhədlərində Qərbin siyasi, iqtisadi və hərbi gücünün yerləşməsini istəmirlər.

Ancaq Ukraynada ABŞ-ın təhlükəsizlik sferası ilə əlaqədar bir mühüm marağı var. Düzdür, onu həyati vacib maraq adlandırmaq olmasa da, şərqlə qərb arasında stabilləşdirici faktor kimi vacib hesab etmək olar. Bu NATO ilə Rusiya qoşunları arasında müstəqil neytral zonanın saxlanılmasıdır. Soyuq müharibə zamanı Almaniyada NATO və Sovet ordusu üz-üzə durmuşdular. Onların nüvə silahsız da böyük hücum potensiallı minlərlə tank və təyyarələri rəqibin ərazisinin dərinliklərinə qədər gedə biləcək güc yaradırdı. Belə bir vəziyyəti nə biz nədəki ruslar yenidən yaratmamalıdır. Geniş bir bufer zonasının saxlanılması real təhlükəsizlik marağımıza cavab verir və bu bizim Ukraynada can attdığımız yeganə layiqli məqsədimizdir. Son iyirmi ildir ki, NATO və Rusiya qoşunlarını Ukrayna ilə Belorus ayırır. Bu üstünlük qiymətləndirilməlidir.

Şimali Atlantika Alyansı Ukraynanı öz tərkibinə daxil etmək ideyasını rəhbər tutaraq sadəcə olaraq yeni yarana biləcək risqləri inkar edib. Əgər Rusiya Ukraynanı zəbt edərsə biz əvvəlki xoşagəlməz qarşıdurmaya baş vuracağıq. NATO-nun ordusu Ukraynanın Rusiyaya qarşı hərbi müqavimət göstərməsinə kömək edərsə, biz yenə də həmin vəziyyətə qayıdacağıq. Bu Rusiyanın və bizim maraqlarımıza ziddir. Yaxşı olardı ki, “Ukraynadan əlini çək” formulası ilə razılaşma bağlayaq. Diplomatiya, sanksiya, yeni sanksiyalarla hədələmə və Ukraynaya iqtisadi yardımın göstərilməsi status-kvonun bərpa edilməsi üçün Qərbin istifadəsinə gərəkli olan instrumentlərdir.

Ukraynalılar arasında Qərblə və Rusiya ilə necə və hansı formada əlaqə qurulması məsələsində razılaşmanın olmaması bir faktor kimi ortadadır. Bu cür fikir ayrılığı ölkəni iki yerə bölmək təhlükəsi yaradır. Əgər Ukraynada vətəndaş müharibəsi başlasa və Rusiya ilə Qərb öz favoritlərinə kömək etsələr, onda NATO ilə Rusiyanın birbaşa toqquşma təhlükəsi yaranacaq.

Tərcümə etdi: V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar