ÇİN və RUSİYA DÜNYA NİZAMINI DAĞIDIR - Obamanın apardığı siyasət nəticəsində təhlükəli böhran yaranıb

Tramp fövqəladə vəziyyətin meydana gətirdiyi prezidentdir

"Dünya üçün ciddi təhlükə mövcuddur. Bu təhlükə dünya nizamının dağılması və regional münaqişələrdir."  "AzPolitika.info"nun məlumatına görə, bu fikirlər Yaponiyanın “JB Press” nəşrində yer alıb. Yazıda bunun səbəbləri belə açıqlanır:

"İkinci Dünya Müharibəsindən sonrakı illərdə ABŞ aparıcı rolunu unudaraq, özünü məsuliyyətsiz aparıb. Amerikalılar ona görə Donald Tramp kimi ekssentrik adamı prezident seçiblər ki, onlar bu cür təhlükələrin mövcudluğunu anlayırlar.

Strategiya sahəsi üzrə amerikalı ekspert təhlükələrlə dolu olan beynəlxalq vəziyyət barəsində araşdırmasını dərc edib. Bu tədqiqatlar Vaşinqtondakı idarəedicilər və alimlər arasında əhəmiyyətli dərəcədə rezonans doğurub.

 Liberal dünya nizamı uçurumun astanasında

Həmin təhlükələr barəsindəki yazının müəllifi, Demokratlar partiyası ilə bağlı olan “Brukinqs İnstitutu”nun aparıcı elmi əməkdaşı Robert Kaqandır. O, Amerika elmi dairələrində və beynəlxalq araşdırmalar sferasında böyük nüfuz sahibi kimi tanınır.

Kaqan Dövlət Departamentində siyasi qərarların hazırlanması məsələlərinə cavabdehlik daşıyan yüksək vəzifəli məmurlarla yanaşı kəşfiyyat üzrə milli şurada və digər hökumət quruluşlarında da işləyib.

Əvvələr onu mühafizəkar eksper hesab edirdilər, lakin son illər Kaqan beynəlxalq strategiyanın hazırlanması məsələləri üzrə Obama administrasiyasında müşavir olub. ABŞ-dakı prezident seçkilərinin gedişində Kaqan Hilları Klintonun qərargahında məsləhətçi kimi çalışıb.

24 yanvar tarixində Robert Kaqan “Liberal dünya nizamının qürubu” adlı analitik məqalə dərc etdirib. Həmin yazıda qeyd olunur ki, İkinci Dünya Müharibəsindən sonrakı 70 il ərzində ABŞ tərəfindən qurulan və dəstəklənən liberal dünya nizamı böyük tarixi böhran keçirir: o, sadəcə olaraq dağıla bilər.

Böhranın səbəbi Rusiya və Çin kimi anti-liberal dövlətlərin Amerikaya meydan oxumaları ilə bağlıdır. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Amerikadakı hökumətlər dünyada özlərini bir nömrəli dövlət hesab etməyə başladılar. Obama administrasiyası bu məsələdə xüsusilə seçilib. Obama administrasiyası hərbi büdcəni azaldaraq, ABŞ-ın dünyanın müxtəlif regionlarındakı iştirakını zəiflətdi və nəticədə indiki vəziyyət yarandı.

Rusiya və Çinin hərbi güc tətbiq edəcəkləri təhlükəsi artır

3CIN

Kaqanın əsas tezisi aşağıdakılardan ibarətdir: İkinci Dünya Müharibəsindən sonra dünya nizamı liberal prinsiplər –demokratiya, azadlıq, insan haqları, qanunun alilliyi, bazar iqtisadiyyatı və sairə üzərində əsaslanmışdı. Bu nizam ABŞ-ın təşəbbüsü ilə yaradılaraq, dəstəklənib.

Ancaq SSRİ-nin dağılmasının 25 illiyindən sonra Çin və Rusiya kimi iri dövlətlərin meydana atılması səbəbindən həmin liberal nizam uçurumun kənarına yaxınlaşıb.

Hal-hazırda Çin Xalq Respublikası Cənubi və Şərqi Çin dənizlərindəki ekspansiyasını genişləndirir. Çin şərqi Asiyada öz hegemonluğunu artırmaqla bu regionun digər ölkələrini özünə tabe etdirməyə çalışır. Krımın ilhaqı göstərdi ki, Rusiya sovet ərazilərini bərpa etmək istiqamətində irəliləyir. Hər iki dövlət hərbi gücdən istifadə etməklə öz məqsədlərinə çatmaq istəyirlər.

ABŞ və onun müttəfiqlərinin birləşmiş hərbi gücü, Çin və Rusiya tərəfindən gələ biləcək aqressiya və təhlükələrin önünü kəsirdi. Lakin son illər ABŞ-ın önləyici gücü zəifləyib. Obama administrasiyası digər ölkələrə qarşı güc tətbiq etməyəcyini bildirirdi.

Müdafiə büdcəsinin azaldılması nəticəsində Amerika ordusunun əməliyyatlarda iştirak miqyası və imkanları da aşağı düşüb. Nəticədə indi Rusiya və Çinin hərbi güc tətbiqi daha çox təhlükə təşkil etməyə başlayıb. Ekspansiyanın dayandırılması və hərbi yolla status-kvonun dəyişdirilməsinin qarşısını almağın bir üsulu var: bütün bunlara qarşı hərbi güc tətbiq olunacağı barəsində xəbərdarlıq etmək.

ABŞ liderliyi özünə qaytarmalıdır

Kaqan öz yazısında qeyd edir ki, Çin və Rusiyanın hərbi fəaliyyətləri nəticəsində regional müharibələrin artması təhlükəsi yüksəlib. Bununla bağlı o xəbərdar edir ki, liberal dünya nizamı dağıla bilər.

Tramp administrasiyası ABŞ-ın dünyadakı lider mövqeyini bərpa etmək və təhlükəsizlik məsələsində yenidən mərkəzi rol oynamaq əhval-ruhiyyəsində deyil. Hərçənd ki, güc vasitəsilə Amerika ordusunun möhkəmləndirilməsi barədə bəyanatlar verirlər.

Amma bütün bunlara baxmayaraq, cənab Kaqanın fikrinə görə, dünya böhranının qarşısını almaq üçün ABŞ-ın beynəlxalq arenada yenidən lider olması lazımdır.

Amerikalı ekspertin sözlərinə görə, amerikalılar Trampı prezident seçdilər, çünki onlar hiss ediblər ki, Obamanın passiv siyasəti ucbatından dünya böhranın astanasına gəlib çıxıb. Onlar Obamanın yürütdüyü siyasətdən fərqli siyasət tələb edirlər. Belə görünür ki, Tramp fövqəladə vəziyyətin meydana gətirdiyi prezidentdir.

V. Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar