DEPUTATIN BANKI MTN RƏHBƏRLİYİNƏ XİDMƏT EDİB - Xaricə 500 milyon dollar vəsait çıxardıb

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət yolu ilə ölkədə qazandıqlarını xarici ölkələrə, xüsusilə, ofşor zonalara çıxarması sirr deyil. Qeyd edək ki, hələ bir müddət bundan əvvəl Gununsesi.info-nun araşdırması zamanı Eldar Mahmudovun həbs edilməməsinin səbəbi kimi xaricə çıxardığı 5 milyarda yaxın vəsaitin geri qaytarılması ilə bağlı prosesin getməsi göstərilmişdi.

Saytımızın sabiq nazirin qanunsuz əməlləri ilə bağlı araşdırmalarında Eldar Mahmudovun “Texnikabank”ı ələ keçirməsindən sonra təkcə bu bank vastitəsi ilə xaricə 2 milyard pul çıxarması barədə məlumat da üzə çıxmışdı.

Sabiq nazirin cinayətləri ilə bağlı araşdırmamızda onun adına bağlı olduğu deyilən “Muğanbank”la bağlı da məqamlarü zə çıxıb. “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin ailə bankı olan “Muğanbank”ın adı MTN-lə əlaqələndirilsə də ancaq o bunu təkzib etmişdi.

Gununsesi.info-ya daxil olan məlumatlarda Eldar Mahmudovun nazir vəzifəsini itirənədək son 6 ildə “Muğanbank” vasitəsilə müxtəlif tarixlərdə xaricə 500 milyon dollar vəsait çıxardığı əks olunur. Bu pullar sabiq nazirin oğlu Anar Mahmudovun holdinqinə daxil olan şirkətlər və onlara yaxın digər şəxslərin adı ilə köçürülüb.

ehm1

Saytımızı bilgiləndirən mənbə onu da deyib ki, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev bu köçürülmə faktı ilə bağlı  istintaqa şahid qismində  cəlb olunub.

Məsələ ilə bağlı Elmir Mehdiyevin də mövqeyini işıqlandırmağa hazırıq.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar