NATO Ukraynaya hərbi yardım göndərdi 

Andrey Parubiy: “NATO üzrə tərəfdaşlar anlayır ki, Putini Ukraynada dayandırmasalar, məlum deyil ki, sabah onun tankları harada peyda olacaq”

“NATO ölkələrinin Ukraynaya göndərdiyi hərbi yardımın bir hissəsi artıq ölkəmizin sərhədlərindədir”. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun mənzil-qərargahında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. “Dəbilqələr, zirehli gödəkçələr, gecə görmə cihazları, ilkin tibbi yardım ləvazimatları və NATO ölkələrindən göndərilən digər zəruri avadanlıqları artıq Ukrayna sərhədinə çatıb və bir neçə günə Ukrayna ordusuna təhvil veriləcək”, - deyə A. Parubiy söyləyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi müharibə metodları ölkənin müdafiə sektorunun islahatını tələb edir: “Rusiyanın bizə qarşı apardığı yeni müharibə metodları – ordu ilə yanaşı diversiya qruplarından, kriminal ünsürlərdən istifadə edilməsini, informasiya müharibəsinin aparılmasını ehtiva edən “hibrid müharibə” tələb edir ki, biz müdafiə sektorumuzun yenidən qurulmasını və islahatını həyata keçirək. Məhz bu mövzu NATO-da apardığımız danışıqların əsas hissəsini təşkil etdi”.

A. Parubiyin sözlərinə görə, NATO üzrə tərəfdaşlar anlayır ki, Putini Ukraynada dayandırmasalar, məlum deyil ki, sabah onun tankları harada peyda olacaq. O, Rusiya qoşunlarının hələlik Ukrayna sərhədlərindən geri çəkilmədiyini vurğulayıb: “Belə görünür ki, Rusiya ordusu çox intizamsızdır, çünki Putin artıq üçüncü dəfədir onlara geri çəkilməyi əmr edir, lakin onlar heç cür geri çəkilmirlər. Əslində isə bu, dünya ictimaiyyətini aldatmaq məqsədi güdür”.

Qeyd edək ki, mayın 19-da Brüsseldə NATO-Ukrayna işçi qrupunun iclası keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar