DOLLAR UCUZLAŞMAQDA DAVAM EDİR – Sabahın məzənnəsi açıqlandı

arrow with dollar sign pointing down

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7296 səviyyəsində müəyyən olunub.

* * *

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.

Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7301 səviyyəsində müəyyən edib.

Qeyd edək ki, hərraca qədər banklarda dolların bahalaşması müşahidə olunurdu.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu gün Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərracına 35 mln. dollar məbləğində vəsait çıxarıb.

“APA-Economics” öz mənbələrinə istinadən xəbər verir ki, hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb. “Hərracda tələb 37 mln. dollar ətrafında olub“, – deyə mənbə bildirib.

Beləliklə, tələb təklifi təxminən 2 mln. dollar üstələyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar