“MƏN ARTIQ ADİ VƏTƏNDAŞAM” - Ziya Məmmədov

maxresdefault

“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.

Bunu “Yeni Müsavat”a açıqlamasında keçmiş Nəqliyyat naziri Ziya Məmmədov deyib.

O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: “Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar