NƏYƏ GÖRƏ TRAMP ÇİNİ QORXUDA BİLMƏZ? – “İndi Çin ordusu nisbətən zəifdir, amma...”

donald-tramp-1

Dünyanın yerdə qalan hissəsi kollektiv şəkildə nəfəsini tutub gözlədiyi bir vaxtda, ABŞ prezidenti Donal Tramp İkinci Dünya Müharibəsindən sonrakı iqtisadi nizamı silkələməkdə davam edir.

Hazırda siyasi şərhçilər Trampın müasir liberal demokratiyaya, ənənəvi liderlik və tolerantlıq normalarına qarşı hücumunu təsvir etmək üçün sözlər axtarırlar.

Aparıcı KİV-lərin içərisində elələri var ki, Tramp administrasiyasının qloballaşmadan uzaqlaşmasının yaratdığı bu xaosun və səs-küyün əsasında məntiqli iqtisadi səbəbin yatdığını sübut etməyə hazırdır. Bu fikrə görə ABŞ, Çinə yüksəlməyə imkan verməklə axmaqlıq edir və nə vaxtsa amerikanlar bundan təəssüf hissi keçirməyə başlayacaqlar. İqtisadçılar ABŞ-ın dünya liderliyindən imtina etməsini tarixi səhv kimi dəyərləndirməyə meyillidirlər.

ABŞ-da öz işini itirənlərin narazılığı ilə müqayisədə qlobalizm hərəkatının kökünün daha dərinlərə uzandığını anlamaq çox mühümdür. Məsələn, bəzi iqtisadçılar Trans-Sakit okean əməkdaşlığına qarşı çıxırdılar (12 ölkəni və dünya iqtisadiyyatının 40%-ni əhatə edəcək müqavilə). Deyilənə görə bu müqavilə amerikalı işçilərə ziyan vuracaqdı. Reallıqda isə bu müqavilə ABŞ-a təsir göstərməkdən daha çox güclü şəkildə Yaponiyanın bazarlarını açacaqdı. Amma iş ondadır ki, əslində həmin müqavilədən imtina, Sakit okeanda yalnız Çin iqtisadiyyatının üstünlük təşkil etməsinin qapılarını açır.

Tomas Pikketinin əsərlərindən həvəslənən amerikalı populistləri demək olar ki, bir fakt qətiyyən təsirləndirmir. Belə ki, qloballaşma sayəsində Çin və Hindistandakı çarəsiz yoxsul insanlar qlobal orta sinif səviyyəsinə kimi yüksəliblər. Liberalizm nöqteyi-nəzərinə görə Asiyanın yüksəlişi dünyanı daha da ədalətli edir. Çünki liberal dünya iqttisadiyyatı zamanı insanın iqtisadi taleyi onun harada doğulmasından hədsiz asılı olmur.

Ancaq populistlərin məntiqi dünyaya daha miskin baxış nümayiş etdirirək söyləyirlər - qlobalizmə həddindən artıq tərəfdarlıq etiyinə görə ABŞ öz daxilində siyasi və iqtisadi dağıntı toxumlarını səpib.

İndi milli dövlətin məhv olacağı barəsindəki Trampizm bəyanatlarının yaratdığı hisslər coşub. Burada sadəcə olaraq məqsəd təkcə amerikalıların iş yerlərini “evə qaytarmaq”dan yox, Amerikanın dünyadakı üstünlüyünü və hegemonluğunu genişləndirməsindən ibarətdir .“Biz bütün fikirlərimizi özümüzə cəmləmliyik” – bu, Trampın və digərlərinin devizidir.

Amma çox təəssüf olsun ki, belə bir halda Amerika çətin ki, on illiklər ərzində ona xeyli xeyir gətirmiş dünya nizamını tənzimləyə biləcək. Qətiyyən yanlışlığa qapılmayaq: Amerika bu nizamdan çox şey qazanıb. Dünyanın heç bir iri ölkəsi indi bu cür varlı deyil. Əgər dünya standartları ilə hesablasaq, onda görərik ki, Amerikadakı orta sinfin işləri əvvəlki kimi çox yaxşı gedir.

Bəli, prezidentliyə namizəd, demokrat Berni Sanders Danimarka barəsində söylədiyi sözlərə görə haqlıdır. O deyib ki, Danimarka yaşamaq üçün gözəl ölkədir və orada düzgün işlər görürlər. Amma o, əlavə olaraq onu da xatırlaya bilərdi ki, 4,5 milyonluq əhalisi ilə Danimarka nisbətən yekcins ölkədir və burada imiqrantlara qarşı çox aşağı tolerantlıq hökm sürür.

Yaxşı və ya pis, qloballaşmanın qatarı artıq çoxdandır ki, yola düşüb və kimsənin onu geri döndərə biləcəyi ideyası hədsiz sadəlövhlükdür. Riçard Niksonun 1972-ci ildə Çinə səfərindən əvvəl nəyinsə başqa cür edilməsi mümkün idi. İndi artıq bu mümkün deyil. Çinin gələcək taleyi və onun dünyadakı hazırkı rolu çinlilərin və bu ölkənin rəhbərlərinin əlindədir. Əgər Trampın administrasiyası güman edirsə ki, Çinlə ticarət müharibəsinə girişməklə hər şeyi yenidən başlamaq olar, onda onlar anlamalıdırlar ki, belə olan halda Çinin hərbi və iqtisadi inkişafı nəinki ləngiyə bilər, əksinə, onun sürətlənməsi ehtimalları da yüksələr.

Hələlik Tramp Çinlə yalnız sözdə mübahisə apararaq özünün beynəlxalq ticarətə qarşı əsl təzyiqini Meksikanın üzərində cəmləşdirib.

Trampın güclü şəkildə söyüşlər yağdırdığı Şimalı Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) Amerika ticarətinə və iş yerlərinə yalnız cüzi təsir göstərib. Lakin buna baxmayaraq, Tramp meksikalıları sərhəd divarının xərcini ödəməyə məcbur etməklə, onları alçaltmağa cəhd göstərir. Sanki Meksika ABŞ-ın müstəmləkəsidir. ABŞ düşünmədən özünün Latın Amerikalı qonşularındakı vəziyyəti gərginləşdirir.

Əgər Tramp administrasiyası Çinə qarşı münasibətdə bu cür kobud taktikadan istifadəyə cəhd edərsə, onda onu sərt sürpriz gözləyəcək. Çinin əlində trilyonlarla ABŞ dolları kimi maliyyə silahı var. Çinlə ticarətdə pozuntular baş verərsə, belə halda amerikanların geniş şəkildə istifadə etdikləri “Wal-Mart” və “Target” kimi ucuz mallar mağazalarındakı qiymətlər ciddi şəkildə yüksələcək. Bundan başqa Asiyanın böyük bir hissəsi - Tayvandan Hindistana qədər olan ərazilər Çinin aqressiyası üçün çox kövrək olacaq. İndi Çin ordusu nisbətən zəifdir və yəqin ki, ənənəvi müharibədə ABŞ-a məğlub olar. Lakin vəziyyət sürətlə dəyişir. Çox tezliklə Çin aviadaşıyan gəmilər və yüksək texnologiyalı hərbi texnikaya yiyələnə bilər.

Amerika Çin ilə ticarət müharibəsini uda bilməz, istənilən qələbə “Pirr qələbəsi” olacaq. ABŞ özünün Asiyadakı dostlarını müdafiə etmək və Şimali Koreya kimi “özbaşına” dövlətin porobleminin həlli üçün Çin ilə sərt danışıqlar aparmalıdır. Ümumiyyətlə isə ən yaxşı sövdələşmə əldə etmək üsulu, Çin ilə destruktiv ticarət müharibəsinə girişmək yox, onunla açıq ticarət siyasətinin aparılmasından ibarətdir.

(“Project Syndicate”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar