Məhkəmə hakimləri qanunsuz qərarlar verir - Administrasiya siyahı açıqladı

“Şəhər və rayon məhkəmələrinin hakimləri bəzi hallarda qəbul etdikləri qərarlarla vətəndaşların mənafelərini qorumaq adı ilə qanunsuz tikililərin rəsmiləşdirilməsinə razılıq verir, bu da sonradan bir çox problemlərin yaranmasına səbəb olur”.

APA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Azərtac-da dərc olunan təhlil yazısında bildirilib.

Yazıda qeyd olunub ki, bundan başqa, məhkəmə qərarlarının vaxtında icra olunmaması daha çox narahatlıq doğurur və Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi qərarların birtərəfli qəbul edilməsi, onların icrasının təmin edilməməsi barədədir. Qəbul olunmuş məhkəmə qərarlarının icrası aidiyyəti qurumlarda yubadılır: “Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaratdığına, digər neqativ hallara yol verdiyinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. Məhkəmələrin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri və onun Qaradağ, Səbail, Suraxanı, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Goranboy, Göygöl, İsmayıllı, Nizami (Gəncə), Saatlı, Sabirabad, Tovuz şəhər və rayonlarından müraciətlər nisbətən çoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar