GENERALLAR NİYƏ BAKIDA GÖRÜŞÜR? - Gerasimovla Danfor arasında görüş başlayıb (Yeniləndi)

Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Baş Qərargahlarının mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsini müzakirə edəcəklər.

***

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda nəzərdə tutulan görüşü hələ başlamayıb.

Virtualaz.org xəbər verir ki, general Gerasimov hələ Bakıya gəlməyib. Hərçənd onun amerikalı həmkarı səhər saatlarından Bakıdadır və prezident İlham Əliyevlə görüşüb.

Generalların görüşünün Bakıda hansı saata təyin olunduğu haqda məlumat yoxdur, ancaq rəsmi protokola bələd olan mənbələr deyirlər ki, görüşün ABŞ ordu komandanının Bakıya gəlişindən etibarən bu qədər gecikməsi normal görünmür. Böyük ehtimalla general Gerasimov öz liderinin-prezident Putinin taktikasına əl atıb və tərəfdaşını gözləməyə məcbur edir.

***

ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun görüşü üçün niyə məhz Bakının seçilməsinin səbəbi məlum olub.

APA-nın “Nyu York Times" qəzetinə istinadən verdiyi məlumata görə, görüş yerinin seçimi asan olmayıb.

Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazır ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib.

Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib.

Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. V. Gerasimovun Ukraynadakı hərbi müdaxilənin əsas fiqurlarından olduğu iddia edilir, sanksiya da bu səbəbdən tətbiq olunub.

Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib.

Qeyd edək ki, bu, C. Danford və V. Gerasimov arasında ilk görüşdür. Bundan əvvəl onlar bir dəfə telefonla danışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar